“Uşaq Hüquqlarının Müdafiəsi Liqası” İctimai Birliyi 30 Avqust Beynəlxalq İtkin Düşmüşlər Günü münasibətilə xüsusi aksiya təşkil edib. Aksiya zamanı təqdim olunan plakatda itkin düşmüş şəxslərin taleyinə diqqət çəkilərək “İtkinləri unutmaq- onları ikinci dəfə itirməkdir” şüarı səsləndirilib.
Aksiya çərçivəsində “Uşaq Hüquqlarının Müdafiəsi Liqası” İctimai Birliyinin sədri Yusif Bəkirov qeyd edib ki, açıqlanan məlumatlara əsasən, Azərbaycanda Birinci və İkinci Qarabağ müharibələri zamanı itkin düşmüş kimi qeydiyyata alınmış şəxslərin ümumi sayı 4 010 nəfər təşkil edir. Müharibələr üzrə bölgü zamanı Birinci Qarabağ müharibəsində 3 994 nəfər, İkinci Qarabağ müharibəsində isə 6 nəfər vətəndaşımızın itkin düşdüyü qeyd olunub. O bildirib ki,Hərbçilər: 1 112 nəfər,Mülki şəxslər: 2 898 nəfər (o cümlədən 71 uşaq, 265 qadın və 326 ahıl yaşlı şəxs). Aparılan detektiv və axtarış tədbirləri, eləcə də kütləvi məzarlıqlardan tapılan qalıqlar üzrə həyata keçirilən DNT analizi nəticəsində hələlik 127 nəfərin şəxsiyyətinin müəyyən edilib.
Birlik sədri hazırda qeydiyyatda olanlardakı 3 883 nəfərin taleyinin hələ də naməlum qaldığı bildirib.


























