1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində idman uğurları olan bir qrup məcburi köçkün məktəbli ilə görüş keçirilib.
Komitə sədri Rövşən Rzayev uşaqları təhsildə və idmanda qazandıqları nailiyyətlərə görə təbrik edib, onların ölkəmizin layiqli vətəndaşları olacaqlarına və vətənə daim fayda verəcəklərinə əminliyini ifadə edib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev hər zaman uşaq və gənclərin fiziki və mənəvi sağlamlığına xüsusi diqqət və qayğı göstərib, onların milli-mənəvi dəyərlərə sədaqət və yüksək vətənpərvərlik ruhunda böyüməsinə mühüm əhəmiyyət verib. Bu siyasi xətti Prezident İlham Əliyev davam etdirir, ölkəmizdə gənc nəslin hərtərəfli inkişafı, o cümlədən bədən tərbiyəsi və idmanla fəal məşğul olması üçün hər cür şərait yaradılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətində də uşaq və gənclərin təhsili, sağlamlığı, mədəni inkişafı ilə bağlı məsələlər xüsusi yer tutur. Minnətdarlıq hissi ilə bir daha xatırladılıb ki, məcburi köçkün ailələrin övladları da bu diqqət və qayğıdan geniş şəkildə bəhrələnirlər.
Görüşdə məcburi köçkünlərin dogma yurda qayıdışından, işğaldan azad edilmiş ərazilərdə gənc nəslin təhsili və idmanla məşğul olması üçün yaradılacaq şəraitdən də bəhs olunub. Yeni salınan şəhər və kəndlərimizdə yeni məktəblərin tikildiyi, idman quröularının yaradıldığı diqqətə çatdırılıb.
Görüşdə iştirak edən uşaqlar – Dövlət Komitəsinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə məcburi köçkün məktəblilər arasında keçirdiyi şahmat turnirinin qalibləri və ciu-citsu idman növü üzrə yarışda uğur qazanmış yeniyetmələr əldə etdikləri nailiyyətlərdən danışıb, dogma yurda qayıdacaqları günü səbirsizliklə gözlədiklərini bildiriblər. Dövlət komitəsinin sədri ilə məcburi köçkün şagirdlərin arzu və istəkləri ilə maraqlanıb, onların təhsildə və idmanda daha böyük uğurlar qazanmasına və şəxsi inkişaflarıına daim dəstək göstəriləcəyini deyib.
Görüşün sonunda Rövşən Rzayev Laçın məktəblisi, şahmat turnirin qalibi Bəyaz Quliyeva şahmat taxtası arxasında əyləşiblər. Blits üslubunda keçən oyun heç-heçə yekunlaşıb. Sonda Dövlət Komitəsinin sədri və məcburi köçkün şagirdlər xatirə şəkli çəkdiriblər.