Bildiyimiz kimi hal-hazırda yalnız ölkəmiz deyil, bütün dünya Covid-19 ilə kəskin döyüş içərisindədir.
Bütün dünyanı demək olar ki, öz ağuşuna alıb, ancaq bununda həll yolu var. Vaksinasiya.
Bildiyimiz kimi, Covid-19 təkcə sevdiklərimizi bizdən almır, həmçinin bir çox məhdudiyyətləri də özü ilə birgə gətirir
COVID-19 xəstəliyi əleyhinə təhlükəsiz şəkildə vaksinasiya olunmaq bizi yaxınlarımızla birlikdə zövq aldığımız işlərin çoxu ilə məşğul olmaq üçün qayıdışımıza bir addım da yaxınlaşdırır.
Aşağıdakı şəxslər vaksinasiya prosesində iştirak edə bilməz.
1. Əgər onların COVID-19 xəstəliyinə qarşı vaksinin tərkibindəki hər hansı bir maddəyə kəskin allergik reaksiyaları vardırsa.
2. Əgər onlar hal-hazırda xəstədirsə və ya COVID-19 xəstəliyinin simptomlarını yaşayırlarsa (baxmayaraq ki, onlar sağaldıqdan və həkimin razılığını əldə etdikdən sonra vaksinasiya oluna bilərlər).
3. Əgər siz nə vaxtsa istənilən vaksinə kəskin allergik reaksiyadan əziyyət çəkmisinizsə və ya hal-hazırda qəbul etdiyiniz dərman vasitələri haqqında hər hansı sualınız vardırsa, vaksinasiya üçün vaxt almazdan əvvəl həkiminizə müraciət edin.
Əgər gün ərzində özünüzü yaxşı hiss etmək üçün gecə yaxşı dincəlin və vaksinasiyadan əvvəl kifayət qədər maye qəbul edin.
Vaksinasiya olunduqdan sonra:
Müşahidə olunmaq üçün müvafiq məntəqədə qalın. Vaksinasiya olunduqdan sonra 15 dəqiqə ərzində sizdə hansısa birbaşa reaksiyaların baş vermədiyinə əmin olmaq üçün əlaqədar tibb işçisi sizi müşahidə etməlidir. Lakin bu vaksinasiyadan sonra insan orqanizmində kəskin reaksiyalar nadir hallarda baş verir.
Bəzi yan təsirlərə hazır olun. Vaksinlər, xəstəliyə yoluxma təhlükəsi olmadan sizə immunitet vermək üçün hazırlanıb. İmmunitetin yan təsirlər olmadan formalaşdırılması normal hesab olunsa da, bir neçə gün ərzində öz-özünə keçən bəzi yüngül-orta dərəcəli yan təsirlərin əmələ gəlməsi də ümumi bir haldır.
Vaksinasiyadan sonra yaşaya biləcəyiniz bəzi yüngül-orta dərəcəli yan təsirləri bunlardır:
İnyeksiya yerində ağrı; Yüngül hərarət; Yorğunluq; ağrıları; Əzələ və oynaq ağrıları; Titrətmə; İshal.
Oruczadə Ələviyyə