image-img-20210729-wa0061backend

Vaksinasiya yeganə çıxış yoludur.

image-reklam_sirab_01

İmmunitetin gücləndirilməsi yolu ilə xəstəliklərdən müdafiə edən vaksinlər bütün dünyada geniş və müntəzəm işlədilir, belə ki, necə deyərlər, xəstəliyin qarşısını almaq xəstə insanı müalicə etməkdən yaxşıdır. Vaksinlərin kö məyi ilə əzab, əlillik və ölümün qarşısını almaq olar. Statistik məlumatlara əsasən, 2002 ci ildə dünyada iki milyona yaxın ö lüm halının qarşısı məhz vaksinlərin yardımı ilə alınmışdır. Bundan başqa, vaksinlərin kö məyi ilə infeksiya ö türülməsini məhdudlaşdırmaq, səhiyyə sisteminə düşən yükü azaltmaq, səhiyyənin başqa məqsədləri üçün istifadə edilə biləcək vəsaitə qənaət etmək olar.
Dövlətimiz pandemiya ilə mübarizədə ilk günlərdən doğru və vaxtında addımlar ataraq, hər bir vətəndaşın sağlamlığının maksimum səviyyədə qorunması üçün digər ölkələrə nümunə olacaq tədbirlər görmüşdür.
Bütün dünyanı bürüyən pandemiyanın təsiri pa¬yız aylarında daha ağır olsa da, karantin tədbirlərinin mərhələli şəkildə tətbiqi nəticəsində bu gün artıq yoluxma saylarında əhəmiyyətli azalma müşahidə olunur.
Mütəxəssislər bildirirlər ki, dünyada hər bir milyon in-sana düşən yoluxma, xəstə sayına, yoluxmanın sürətinə, xəstəxanalarda yataqların doluluq nisbətinə baxdıqda və bu ümumi göstəriciləri ölkəmizlə müqayisə etdikdə, vəziyyətin Azərbaycanda nə qədər müsbət olduğunu görə bilərik. Bu reallığı ifadə etməkdə hər hansı bir şişirtmə yoxdur. Sözsüz ki, bu, virusun həm epide¬mioloji vəziyyəti ilə bağlıdır, həm də hər bir bölgənin bəlli dönəmdə dalğa sürəti var. Eləcə də ölkədə bu günə qədər görülən epidemio¬loji tədbirlər, atılan əsaslı addımlar verilən qərarların bir daha doğru olduğunu göstərir.
Hər kəs bu prosesdə iştirak edərək, yal¬nız özlərini deyil, sevdiklərini və cəmiyyətimizi bu bəladan qurtarmağa könüllü olmalıdır. Bir halda ki,vaksinlərin əldə edilməsi uğrunda dünya ölkələri arasında “soyuq savaş” gedir, deməli qurtuluş yolumuz vaksindir. Qlobal dünyanın ən böyük bəlasına çevrilən pandemiyaya son qoymaq üçün, normal həyata qayıdış üçün yeganə çıxış yolu indiki halda yalnız və yalnız peyvənddir. Peyvənd elmin məhsuludur, hər il yer üzündə milyardlarla uşaq və yeniyetmə peyvənd olunur və nəticədə bir çox yoluxucu xəstəliklər getdikcə tarixə qo-vuşur və nadir hallarda kütləvi yoluxma hallarına rast gəlinir. Ölkəmizdə də valideynlər övlad¬larını kiçik yaşlardan peyvənd etdirirlər, çünki cəmiyyətdə peyvəndlərə inam illərlə forma¬laşıb. İsanlar əyani şəkildə COVID–19-a qarşı vaksinin nailiyyətlərinigördükcə, ona inam daha da artacaq və bu proses rutin immunoprofilaktika tədbiri kimi qəbul ediləcək
Ölkəmizdə koronavirusa qarşı vaksinasiya prosesinə yanva¬rın 18-dən başlanılıb,proses könüllülük prinsipi ilə uğurla davam etdirilir. Vaksinasiyanın əhəmiyyəti bu infeksiyaya qarşı orqanizmdə immunitetin yaran-masına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ən əsası, ölüm halının qarşısını almaqdan ibarətdir. Azərbaycanın aldığı Çinin Sinovac şirkətinin istehsal etdiyi CoronoVAC vaksini bir neçə ölkədə kliniki sınaqlardan keçirilib və mənfi təsiri aşkarlanmayıb.
Prezi¬dent İlham Əliyev ölkəmizdə aparılan vaksinasiya ilə bağlı bildirib: “Azərbaycan Cənubi Qafqazda ilk olaraq artıq vaksi-nasiya işlərinə start verdi. Eyni zamanda, yerləşdiyimiz bölgədə Azərbaycan birincilər sırasında¬dır. Onun nəticəsidir ki, pandemi¬yanın ilk günlərindən işlər düzgün qurulmuşdur, bütün lazımi addımlar atılmışdır, beynəlxalq təşkilatlarla təmaslar qurulmuş¬dur. Biz COVAX təşəbbüsünün üzvüyük və COVAX xətti ilə müxtəlif vaksinləri ölkəmizə gətirəcəyik. Eyni zamanda, biz bir neçə şirkətlə vaksinlərin ölkəmizə gətirilməsi ilə bağlı müqavilələr bağlamışıq. Eyni zamanda, biz artıq 4 milyon doz vaksin sifariş etmişik və onların artıq Azərbaycana gəlməsi təmin edilib”.
Bu gün hər bir azərbayancanlının vətəndaşlıq borcudur ki, könüllü olaraq vaksinasiyada iştirak edərək ölkəmizin bu uğurlu siyasətinə dəstək versin.
Şəmilova Dünya Mərdan qızı
Nəsimi rayon gənci


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki