Azərbaycan neft ölkəsidir. Bir zamanlar keçmiş SSRİ-nin ən yaxşı ali məıktəblərindən biri olan Neft Akademiyası müstəqillik dövrünün ilk illərində geridə qalan bir təhsil ocağına çevrildi. Bunun müxtəlif səbəbləri var. Bu səbəblərdən biri sözsüz vaxtilə dünyanın müxtəlif ölkələrindən gəlib təhsil aldıqları bu universitetdə rüşvət amilinin pik həddə çatması idi.Ölkə rəhbərliyinin göstərişi ilə universitetə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərov rektor əvəzi gətirildi. Gözlənilən o idi ki, Azərbaycan-Fransız Universitetində yüksək işlər görən Vazeh Əskərov burada da irəlləyişə nail ola biləcək. Təbii ki, bu gözləntilər idi. Lakin görünən o idi ki, uzun illər Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kök salmış rüşvət amilini aradan qaldırmaq mümkün olmayacaq. Təbii ki, bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində hələ də ciddi problemlər qalmaqdadır.
Universitetdəki mənbəmiz iddia edir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində əsas fiqurlardan biri Ata Babayevdir.
Bir vaxtlar “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Etibar Pirverdiyevin köməkliyi ilə universitetdə prorektor olan Ata Babayev at oynadır.
Ata Babayev universitetin tərbiyə işləri üzrə prorektorudur. Əvvəllər adı laboratoriyada adi işçi kimi gedib. Mənbəmiz bildirir ki, bir vaxtlar Kamal Abdullayevin yaxın adamı olduğundan uzun müddət işə gəlməyib, ev maklerliyi ilə məşğul olub. Yeni rektor təyin olunana qədər 2 semestr dosent vəzifəsini daşıyaraq, Rusiya bazarlarında alver edib. Lakin sessiya vaxtı imtahan rüşvətini yığmağa gəlmişdir.
Mənbə Ata Babayev haqqında bunları deyir: “Savadsız biridir. Bunu bütün universitet bilir. Kamal Abdullayevin imtahanlarının pulunu o, yığıb və əlaltısı olub. Prorektorluğundan istifadə edərək, ona ayrılan tədris yükünü başqalarına həvalə edir”.
Daha bir dəhşətli fakt odur ki, bu günə qədər Ata Babayev kompüterdən istifadə edə bilmir.