image-img-20210516-wa0037backend

Vətən bağı, Xarıbülbül ilə gözəldir!

image-reklam_sirab_01

Böyük Vətən müharibəsi, tarixin köksümüzə sancdığı həsrət qılıncının utanc verici yarasına məlhəm olan qələbəmizi bizə gətirdi. Bu qələbə, ruhları qarşısında baş əydiyimiz, daim hörmətlə xatırlayacağımız igid şəhidlərimizin qanı bahasına, döyüş meydanında sonsuz cəsarətlə düşmənə dərsini verən əsgərlərimizin və birlik, vəhdət içərisində Azərbaycan Ordusuna dəstək olan xalqımızın səyləri nəticəsində bizim oldu. Əsrlər boyunca dağıdıcılığa, şiddətə məruz qalmış tarixi torpaqlarımız, əsl sahibi olan Azərbaycanın quruculuq siyasəti nəticəsində çiçəklənmə dövrünü yaşayır. Bunun ən gözəl nümunəsi, 12-13 May tarixlərində keçirilən “Xarıbülbül” festivalıdır.
Bu festival Azərbaycanın həmçinin də multikultural birliyinin bariz nümunəsidir. Azərbaycanın tərkibində mövcud olan müxtəlif xalqlar, bu müharibə dövründə möhtəşəm birlik göstərərək, irqindən, dinindən aslı olmayaraq hər bir Azərbaycan vətəndaşının, vətəni uğrunda canından keçəcəyinə hazır olduğunu bildirdi. Erməni lobbisi, əsrlər boyu Azərbaycanın tərkibində yaşayan müxtəlif xalqların arasına nifaq toxumu səpmək və onları ayırmağa çalışıb. Daim onları ayrılaraq müstəqil dövlət yaratmağa və bir birlərinə düşmən olmağa səsləyən Ermənistan, bunun reallaşacağını və nəticə olaraq da Azərbaycanın birliyini məhv edəcəyini düşünürdü. Lakin onlar bunun əvəzində, dəmir yumruq ilə tanış oldular. Bu dəmir Yumruq, Ermənistanın başına gələcək fəlakətlərin başlanğıcı oldu. Dəmir Yumruq adlandırdığımız birliyimizi həzm edə bilməyən düşmənlərimiz, başqa yollara əl ataraq özlərini günahsız göstərməyə çalışdılar. Lakin Ermənistan əhalisinin torpaqlarımızı tərk edərkən, etdikləri, həm maddi həm də ekoloji cəhətdən verdikləri zərər, onların günahsız olmadığının sübutlarından biridir. Tarixi abidələr, ibadət evləri və yaşayış məskənləri, dağıdıcılıq siyasətinin qurbanı oldu. Təəsüflər olsun ki, Erməni vəhşiliklərinin qurbanları bununla kifayətlənmir. Gəncə hadisələri zamanı həlak olmuş uşaqlar, qadınlar və kişilər, valideynlərini, övladlarını itirmiş həmvətənlərimiz, evindən yurdundan didərgin düşmüş insanlar, Xocalı soyqırımı zamanı min cür əzab əziyyətə məruz qalmış ailələr, bu qurbanlardandır.
Lakin Azərbaycan, artıq bütün bunların qisasını aldı. Parlaq qələbəmiz öz ardıyca sürətli abadlıq işlərini gətirdi. Artıq Azərbaycanın mədəniyyət paytaxtı statusunun sahibi olan Şuşa, Ermənistanın dağıdıcılıq siyasətindən geriyə qalmış ürəkbulandırıcı izlərdən qurtulur. Nəyinki Şuşa, bütün işğaldan azad edilmiş torpaqlarımız, yenidən dirçəlir və cənnətə çevrilir. Dini ibadət evlərimiz, məscidlərimiz, tarixi abidələrimiz yenidən bərpa edilir. Ermənistan tərəfindən zərər görmüş təbii sərvətlərimiz, yenidən öz gözəlliyinə qovuşur. Bütün bunlar, bizim əsl qələbəmizdir.
Bizlər əminik ki, ən qısa zamanda işğaldan azad edilmiş torpaqlarımız tam şəkildə abadlaşdırılmış vəziyyətə gələcək və xalqımızın, turistlərimizin görüşünə hazır olacaq. Erməni vandalizminin nəticələri, bir bir aradan qaldırılır və bu proses sürətli bir şəkildə davam edir.
Artıq Azərbaycan, layiq olduğu parlaq gələcəyə doğru daha sürətli bir şəkildə addımlayır. Düşmən qüvvələri bir sıra təxribatlara və çirkin əməllərə əl atsa da, bütün bunlar nəticəsiz qalır və heç bir fayda vermir. Çünki biz, tarixi ədaləti bərpa etdik və bu ədalət birdə çətin ki ədalətsizlik ilə əvəz oluna.

Nəsimi Rayon gənci Azərbaycan Dillər Universitetinin tələbəsi Əlixanlı Fatimə Elnur qızı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki