image-2021-09-29-1backend

Vətən Müharibəsi şəhidi Sinan Məmmədovun anım günü Nərimanov rayonunda qeyd edildi

image-reklam_sirab_01

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan biri, Nərimanov rayon sakini Sinan Məmmədovun bu gün anım günü qeyd olunub.

İlk öncə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Rayon İcra Hakimiyyətinin nümayəndələri şəhidin ailə üzvləri ilə birgə onun məzarını ziyarət edib, digər şəhid olmuş igid Vətən oğullarının da unudulmaz xatirəsi dərin ehtiramla yad olunub.

Daha sonra İH-nin əməkdaşlarının, şəhidin ailə üzvlərinin və rayon ictimaiyyətinin iştirakı ilə şəhidin yaşadığı həyətdə onun xatirəsinə inşa edilmiş bulağın qarşısında tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canından keçən Sinanın xatirəsi anılıb. Onu da qeyd edək ki, şəhidin Vətən Müharibəsi zamanı göstərdiyi şücaət Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Eyni zamanda, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhid Sinan Məmmədovun yaşadığı evdə ehsan verilib, şəhidin ruhuna dualar oxunub.

Şəhidin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki