image-screenshot_20230527-184302_facebookbackend

VƏTƏNİN sağ olması üçün isə ilk növbədə sağlam düşüncə olmalıdır-ANAR YUSİFOĞLU YAZIR

image-reklam_sirab_01

Ədalət tam və kompleks anlayışdır və o, özünü ayrı-ayrı şəxslərə münasibətdə büruzə verəndə deyil, ölçülə bilən dəyərlərə, prinsiplərə münasibətdə nümayiş etdirəndə yerini tapır.
Qəribə bir tendensiya yaranıb cəmiyyətdə

Hansısa mərhələdə vəziyyətin diqtə etdiyi şərtlər sayəsində, yaxud tamamilə təsadüfən vətəndaşlıq borcunun cüzi bir hissəsini yerinə yetirmək üçün şans qazananların bir qismi, müəyyən bir zaman kəsiyindən sonra özlərini milli maraqların “məhək daşı” hesab edirlər. Sanki dünya belələrinin ətrafında fırlanır.
Bu ölkədə sağlamlığını Vətən yolunda fəda edən minlərlə həmvətənimiz var ki, itirdikləri əzalarının belə Vətənin borcunu ödəmədiyini düşünüb yollarına davam edirlər. VətənDaşlıq borcunun, fədakarlığın ölçüsü bu torpağı Vətən edənlərin məzarı və onları böyüdüb boya-başa çatdıranların dağ böyüklükdə dərdin qarşısında “VƏTƏN SAĞ OLSUN!” deyə biləcək qədər azman ürək sahibi olmalarıdır. VƏTƏNİN sağ olması üçün isə ilk növbədə sağlam düşüncə olmalıdır.
Bütün bunların qarşılığında gözə atılan “xidmət” ölçüləri o qədər kiçik görünür ki, bir şəhid övladının ayaqqabılarını belə əvəz edə bilməz.
P.S. İllər öncə Londonda çalışan türk həkimin yanına gələn xəstə Fransada müayinəyə getdiyini, bir çox analiz verdiyini bildirir. Türk həkim Parisdə hər şeyin düzgün yoxlandığını görür və xəstədən niyə Londondakı xəstəxanaya gəldiyini soruşur. “Fransızlara inanmadım” cavabını alan həkim xatırladır ki, o da türkdür. Xəstənin cavabı həkimi düşünməyə vadar edir: ola bilər ki, türksən, amma sən mənim sistemimdə çalışırsan, mən isə öz sistemimə inanıram!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki