image-reklam-veteninfo
image-image_750x_64b0e7f1b409fbackend

Voronej PUA-ların hücümuna məruz qaldı

image-reklam-veteninfo

Rusiyanın Voronej şəhəri yaxınlığında hava hücumundan müdafiə sistemləri bir neçə pilotsuz təyyarəni məhv edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə qubernator Aleksandr Qusev Telegram kanalında məlumat verib.

“Dünən hava hücumundan müdafiə sistemləri Voronejdən bir neçə kilometr aralıda üç pilotsuz uçan aparatı aşkar edərək məhv edib. Tələfat, xəsarət alan və dağıntı yoxdur”, – qubernator bildirib.

Ukrayna ilə sərhəddən təxminən 200 km aralıda yerləşən Voronej artıq bir neçə dəfə pilotsuz təyyarələrin hücumuna məruz qalıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki