image-19backend

Xalq artistinin arvadının səhhəti pisləşdi, çıxışı təxirə düşdü

image-reklam_sirab_01
Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko əməliyyat olunub.
Opera ifaçısı uzun müddətdir çiynindəki ağrılardan şikayət edirmiş. Həkimlər ona tək çarənin əməliyyat olduğunu deyiblər.

 

Noyabrda Venada opera teatrında çıxışları planlaşdırılan Anna bütün tədbirləri təxirə salmalı olub.
“Təəssüf ki, çıxışımı təxirə salmalı oldum. Bir neçə aydır çiynimdəki güclü ağrıdan əziyyət çəkirəm. Əməliyyatdan sonra isə fiziki terapiyaya başlamalıyam. Problemi həll etmək üçün bu, mütləqdir” deyə, sənətçi açıqlamasında deyib.
Qeyd edək ki, Anna Venadan sonra İtaliya, Praqa və Londona getməli idi. Həmin tədbirlərin baş tutub-tutmayacağı isə hələ dəqiq deyil.//Axşam.az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki