image-img-20230408-wa0002backend

Xalqın və dövlətin inkişafına yönəlmiş siyasət

image-reklam_sirab_01

2018-ci ilin 11 aprel tarixində Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərində İlham Əliyev çox böyük səs çoxluğu ilə qələbə azanaraq növəti dəfə Azərbaycan Respublikasınını Prezidenti seçildi. Azərbaycan xalqı ona böyük etimad göstərərək öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davamçısına verdi.

Keçən 20 il ərzində İham Əliyev Prezident kimi çox mühüm və ölkəmiz üçün taleyüklü işlər gördü, böyük uğurlar qazandı. Ölkədə bütün sahələr üzrə ciddi nailiyyətlər qazanıldı. Onun beynəlxalq aləmdə imici möhkəmləndi. Bu da Azərbaycan Prezidentinin çox düzgün, müasir, səmərəli və fayda gətirən siyasi kursu sayəsində əldə edildi.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, gördüyü işlər nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən uğurlu müstəqil dövləti olmuşdur. Sosial-iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurların araşdırılması göstərir ki, Azərbaycan son 20 il müddətində nəhəng irəliləyiş əldə edib. Bu irəliləyişlər bütün sahələri əhatə edib. Bu illər ərzində ölkəmizin siyasi, iqtisadi imkanları genişləndirilib, onun beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və ən əsası 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib.
Ölkədə iqtisadi sahələrdə əldə edilən uğur və tərəqqi digər sahələrin inkişafına da təsir göstərdi. Güclü iqtisadi tərəqqi güclü ordunun yaradılmasına təkan oldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.
Prezidentin effektiv siyasəti, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüz bərpa edildi. Bu gün düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması qarşımızda düran əsas məsələdir. Əminik ki, Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində biz buna nail olacağıq.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində son 10 ildə iqtisadi artım bütün vətəndaşların sosial rifahını yaxşılaşdırıb. Bu dövrdə ölkədə minimum əmək haqqı 2,7 dəfə, orta aylıq əmək haqqı 2,0 dəfə, pensiyaların minimum məbləği isə 2,3 dəfə artıb. Ölkədə yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı dövlət sosial yardımı genişləndirilib, aztəminatlı ailələrin təminatı daha da gücləndirilıb. Son 10 ildə aztəminatlı ailələrə verilən sosial yardımın orta aylıq məbləği 2,6 dəfə artırılaraq 2021-ci ildə 280 manata çatdırılıb.
Son 10 il ərzində ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata keçirilıb. Bu dövrdə məşğul əhalinin sayı 14,0%, muzdla işləyənlərin sayı 22,9% artmış, işsizlik səviyyəsi isə pandemiya ilə əlaqədar dalğalanmalara məruz qalmasına baxmayaraq, 2021-ci ildə ölkə üzrə 6,0% təşkil edib.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki