image-11backend

Xalqın və dövlətin mənafeyinə xidmət edən əməkdaşlıq və dialoq  

image-reklam_sirab_01

Prezident İlham Əliyev öz çıxışlarında ölkənin siyasi sistemində sağlam müxalifətçiliyin əhəmiyyətini və siyasi münasibətlərdə sağlam dialoq mühitini siyasi dəyər kimi vurğulayıb. Bu istiqamətdə son bir neçə il ərzində iqtidarla ölkədəki müxtəlif siyasi partiyalar arasında dayanıqlı dialoq ənənələrinin formalaşdırılması işləri geniş ictimaiyyət arasında müsbət qarşılanıb. Belə ki, ötən iki il  “siyasi dialoq” məfhumunun aktuallaşdırılması mərhələsi,  siyasi münasibətlərin iştirakçıları arasında dialoq ilə bağlı olan lazımi vərdiş və səriştələrin inkişaf etdirilməsi dövrü idi.

İki il əvvəl iqtidar-müxalifət dialoqu çərçivəsində Prezident Administrasiyasında ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərləri ilə görüşlərin keçirilməsinə başlanıldı. Ötən dövr siyasi münasibətlərdə köhnə stereotiplərin dəyişdirilməsi mərhələsi oldu. bu gürüşlərdə qərəzli mövqelərdən çıxış edən tərəflər üçün ötən müddət səhvləri etiraf etmək və siyasi fəaliyyətini yeni təmiz səhifədən başlamaq şansı yarandı. Ölkədə siyasi sistemin sağlamlaşdırılması istiqamətində əhəmiyyətli addımlar atıldı.

Siyasi partiya rəhbərləri ilə görüşlərdə vurğulanıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan dialoq mühiti siyasi sabitliyin əsası olmaqla yanaşı, dayanıqlı inkişafı təmin edən əsas amillərdən biridir. Vətən müharibəsi dövründə ölkədə təmin edilən siyasi və milli həmrəyliyin dövlətin təməl prinsiplərinin möhkəmlənməsinə xidmət edib və bu istiqamətdə aparılan iqtidar-müxalifət dialoqu davam edəcəkdir.

Yeni siyasi konfiqurasiyanın inkişafı üçün bütün partiyalarla konstruktiv münasibətlərin qurulmasının çox vacib haldır. Prezident Administrasiyası tərfindən işğaldan azad olunmuş Ağdam və Şuşa şəhərlərinə partiya sədrlərinin birgə səfərləri təşkil edilib və belə səfərlər gələcəkdə də təşkil olunacaqdır.

İqtidar nümayəndələri ilə siyasi təşkilatlar arasında aparılan dialoq çərçivəsində partiya sədrləri ilə silsilə görüşləri ölkədə formalaşan siyasi konfiqurasiya prosesinin artıq dayanıqlı formada davam etdiyini göstərir. Qeyd etmək lazımdır ki, bunlar islahatların növbəti mərhələsinin davamı olaraq ötən müddət ərzində siyasi dialoqun daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımlar sayılır. Partiya rəhbərləri ilə görüşlərdə formalaşan yeni siyasi konfiqurasiyanın daha da inkişaf etdirilməsi, dayanıqlığı kimi bir sıra mühüm və cəmiyyət üçün böyük əhəmiyyət kəsb edən məsələlər müzakirə olunur ki, bu, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan dialoq mühitinin, siyasi sabitliyin qorunub saxlanmasında, yeni siyasi konfiqurasiyanın və vətəndaş həmrəyliyinin formalaşmasının əyani sübutudur. Diqqət çəkən məqamlardan biri də görüşlərdə İkinci Qarabağ müharibəsində qazanılmış Qələbədən sonra regionda yaranmış yeni reallıq mövzusunun da geniş müzakirə olunmasıdır. Xüsusi qeyd etmək lazımdır ki, ölkədəki siyasi və milli həmrəyliyin formalaşması dövlətin təməl prinsiplərinin möhkəmlənməsinə xidmət edən əsas amillərdən biridir. Dialoq və əməkdaşlıq formatının 44 günlük Vətən müharibəsindəki Qələbəmizi təmin edən əsas amillərdən biri hesab olunması ilə bağlı bu gün cəmiyyətdə dəyişilməz fikir formalaşıb. Bir zamanlar bu siyasi dialoqa, iqtidar-müxalifət münasibətlərinin sivil qaydada inkişafına qarşı çıxanların dövlət və dövlətçilik maraqlarını yox, öz şəxsi ambisiyalarını qorumaq cəhdinin qarşısı da zamanında alındı. Hər kəsə aydın oldu ki, müxalifətçilik dövlətə və dövlətçiliyə qarşı çıxmaq deyil. Ayrı-ayrı məsələlərdəki fikir fərqliliyi isə plüralizm və demokratiyanın elementlərindən biridir.

Prezident İlham Əliyevin bildirdiyi kimi:  “Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var”.Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir.”

Xalqın və dövlətin mənafeyinin ən üst səviyyədə təmininə aparan əməkdaşlıq və dialoqda hər iki tərəf maraqlıdır. Xalq və dövlətin mənafeyi üçün lazım gələrsə, iqtidar-müxalifət demədən bir masa ətrafında oturmaq dövlətçilik ənənəsinin möhkəm təməllər üzərində qurulması və gələcəyə ötürüləcək çox yaxşı ənənə hesab olunur.

Tariyel Əhmədzadə – AMEA Huquq və Insan Haqlari İnstitunun

baş mütəxəssisi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki