image-reklam-veteninfo
image-1backend

Paşinyan  müxalifətə savaş açdı – Onlar həbs ediləcək

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətə qarşı açıq savaşa balayıb. Paşinyan onun siyasətinə qarşı çıxan müxalifətçiləri bir- bir aradan götürür.

Ermənistan mediasının  məlumatın a görə, son günlər hökumət strukturlarına daxil olan hüquq-mühafizə orqanları bir neçə müxalifətçi merin və ictimai liderin fəaliyyətini araşdırmağa başlayıb.

İddialara görə, Gümrü şəhərində müxalif yönümlü bir icmanın zalına nəzarətin hökumətyönlü dairələr tərəfindən götürülməsi cəhdləri baş verib. Eyni zamanda daha bir müxalif icma liderinin həbsi ilə bağlı hazırlıqların görüldüyü bildirilir.

Ermənistan ictimaiyyətində tanınan bəzi merlər – Mamikon Aslanyan, Harutyun Manuçaryan, Aruş Aruşanyan və Vardan Qukasyan – barəsində də hüquqi proseslərin başladığı və ya davam etdiyi qeyd olunur. Onların azadlıqda qalıb fəaliyyət göstərməsi ilə bağlı hüquqi qeyri-müəyyənliklərin olduğu bildirilir.

Müxalifət dairələri bildirirlər ki, ölkədə fikir və siyasi rəqabət azadlığına dair müəyyən məhdudiyyətlər mövcuddur. Onların fikrincə, hazırkı şəraitdə yalnız hakimiyyətin irəli sürdüyü siyasi kursa dəstək verənlər rahat fəaliyyət göstərə bilir.

Qeyd olunur ki, hökumətə yaxın mövqedə dayanan şəxslər tərəfindən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə dəstək nümayiş etdirmək və regionda sülh təşəbbüslərini təqdir etmək halları təşviq olunur. Eyni zamanda, bəzi siyasi şərhçilər bildirirlər ki, keçmiş prezidentlər, dini liderlər, iş adamları və müxalif fiqurlar haqqında tənqidi fikirlərə daha geniş yer verilir.

Hazırkı mərhələdə Ermənistan hökuməti və hüquq-mühafizə orqanları bu məlumatlarla bağlı rəsmi açıqlama verməyib. Müxalifət partiyaları isə baş verənləri siyasi motivli təzyiqlər kimi qiymətləndirir və bu tendensiyanın demokratiya üçün təhlükə yarada biləcəyini bildirirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki