Dünən səhərdən başlayaraq Xankəndində qondarma rejimin xüsusi xidmət orqanları əməliyyata başlayıb. Vətəninfo.az Hraparak.tv-ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 26 nəfər həbs edilib. Erməni nəşri iddia edir ki, həbs olunanlar Azərbaycan vətəndaşlığı istəyən erməni ziyalılardır. Hraparak.tv yazır :” Qarabağda , xüsusilə Xankəndində əhali arasında güclü təbliğat aparılır və onlara vədlər verilir. Yerli ermənilərə Azərbaycan pasportu müqabilində yüksək maaş, imtiyazlar vəd edilir. Bu da öz işini görür. İndi ermənilər artıq yalana yox, real vəd arxasınca Azərbaycan pasportunu almağa hazırdırlar. Həbs edilənlər böyük ehtimalla bu təbliğatı həyata keçirən ziyalılardır. İlkin olaraq bir neçə tanınmış sənət adamının həbs olunduğu bildirilir”.
P.S. Görünən odur ki, erməni separatçıları vətəndaşlıq almaq istəyən bütün erməniləri həbs etmək niyyətindədir.