image-3backend

Xatirələrdə yaşayan Zərifə xanım Əliyeva  

image-reklam_sirab_01

Bu il Azərbaycanda oftamologiya elminin inkişafında müstəsna xidmətləri olan,  Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, böyük qəlbli insan, nəcib qadın Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi tamam olur.

Öz əməli fəaliyyəti ilə xalqımızın qəlbində taxt qurmuşZərifə xanımın  oftalmologiya elminin inkişafında misilsiz xidmətləri danılmazdır. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparmış, gəldiyi qənaətlər və nəticələr böyük uğurlara yol açmışdır. O, elm sahəsində elə bir yüksək zirvədədir ki, zaman-zaman öyrəniləcək və tədqiq olunacaq məktəbdir.

Zərifə Əliyevanın 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi dəyərli həkimin oftalmologiya elminin zirvəsində olmasının təsdiqi oldu. O həm də keçmiş SSRİ-də ilk qadın həkim olaraq Tibb Elmləri Akademiyasının akademiki Aberbax mükafatına layiq görüldü. Bunlar onun apardığı çoxillik elmi-tədqiqatların yüksək səviyyəsinə, sosial əhəmiyyətinə, ictimai fəallığına, pedaqoji istedadına verilən yüksək qiymət idi.

Tibb sahəsində çoxşaxəli fəaliyyəti ilə bərabər, aftalmoloq Zərifə Əliyeva ictimai işlərdə də fəallıq göstərib, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olub. İnsanlarla mehribanlığı, dərin humanizmi Zərifə xanımın peşəsinə münasibətində də özünü aydın göstərirdi.

Müstəqil Azərbaycan dövlətinin memarı, Azərbaycan xalqının xilaskarı və Ümummilli lider mövqeyinə yüksəlmiş Heydər Əliyev bu uğurlu həyat və fəaliyyət yolunda, heç şübhəsiz, onun fədakar yoldaşı, sadiq sirdaşı olan Zərifə xanım Əliyevanın da özünəməxsus rolu vardı. O, bu möhtəşəm missiyanı öz  zərif, ancaq dəyanətli çiyinlərində ömür boyu sonsuz qürurla, tükənməz fərəhlə daşıdı.

Bu gün Zərifə Əliyevanın adı Azərbaycanda böyük fəxrlə, sonsuz qürur hissi ilə səslənir. Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, nurlu həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşir. O, tibb elmimizin zirvəsində parlayan əbədiyyət Günəşi kimi səciyyələndirilir. Xalqımız öz vətənpərvər, istedadlı, nəcib qızının müqəddəs xatirəsini həmişə əziz tutur. Bu, böyük xalq məhəbbətinin ifadəsidir. İnanırıq ki, zaman keçdikcə, nəsillər dəyişdikcə bu məhəbbət xalqın ürəyində bir sevgi abidəsi kimi ucalacaq.

 

Aysel Mənsimova – politoloq

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki