image-unnamedbackend

Xəstəlik yaşa baxmır

image-reklam_sirab_01

Yeni tipli pnevmoniya COVID-19, koronavirusu pandemiyası — 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi.
COVID-19 müxtəlif insanlara müxtəlif yollarla təsir edir. Yoluxmuş insanların çoxu aşağı və orta səviyyədə xəstələnir və əlavə tibbi yardım olmadan sağalır.
Ən çox rast gəlinən simptomlar
• Qızdırma
• Quru öskürək
• Yorğunluq
• Nisbətən az rast gəlinən simptomlar:
• Sancılar və ağrılar
• Boğaz ağrısı
• Ishal
• Konyuktivit
• Baş ağrısı
• Dad və iy hissinin itməsi
• Dərinin səpməsi, barmaq və dırnaqların rənginin dəyişməsi
Vaksinasiya
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-dən etibarən ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılıb və 70%-dən yuxarı tibb işçisi vaksinasiya olunub. 08 fevral tarixindən 65 yaşdan yuxarı vətəndaşlar üçün, fevral ayının 17-dən etibarən isə yaşı 50 və yuxarı şəxslərin vaksinasiyasına başlanılıb və proses uğurla davam etdirilir. Artıq tibb işçilərinin ikinci dozalarının vurulmasına başlanılıb. Ölkəmizdə vaksinasiyanın ikinci dozasının vurulması 28 gündən sonra həyata keçirilməsi qəbul olunmuşdur.
65 yaş yuxarı əhalinin sadəcə 16%-i təşkil etmələrinə baxmayaraq, COVİD-19-dan ölüm miqdarının 80%-dən çoxunu təşkil edirlər. Nyu-Mexicoda və Connecticutda vaksinasiya üçün, ən az, 75 yaşında olmalısan. Colorado və Nevadada isə 70 yaşda olmaq kifayətdir. Havai və Virginiada yaşlılar məhdud vaksin təminatına görə zəruri işçilər də daxil olmaqla bir neçə qrupla yarışırlar.
Dərisinin rəngi fərqli olan insanların daha çox ölməsi ilə eyni səbəblərdən, onların ağdərililərə nisbətən daha erkən yaşlarda öldükləri müşahidə edilir. Koronaya yoluxaraq ölən ağdərililərin dörddə üçü 75 və ya yuxarı yaş qrupuna aiddirsə, bu nisbət qaradərililər üçün 45%-ə, yerli amerikanlar üçün 33%-ə bərabərdir. Əksinə, qaradərili və latin insanlar arasında ölənlərin 70%, yerli amerikalıların 60%-i 65 və ya yuxarı yaş qrupuna aiddir.

Ştatlar arasında 65 və yuxarı yaş qrupunun və azlıqların ölüm statistikasında ciddi fərqlər var. Amma hər ştatda yaşa və risk qrupuna görə nisbətin ölüm hallarına təsiri təxminən eynidir. Buna görə də, əhalinin vaksinasiyası zamanı 65 və daha yuxarı yaş qrupuna fokuslanaraq etnik və irqi demoqrafiyada daha böyük ölüm riskinə malik olan insanları daha effektiv şəkildə qoruyacayıq.
Yaşlılar arasında bu fərqləri aradan qaldrımaq üçün çoxlu işlər görülməlidir. Milli Elmlər, Mühəndislik və Tibb Akademiyası virusa qarşı daha həssas olan yerlərdə də insanların vaksinasiyasını təmin etməyi məsləhət görüb. Bunun üçün ədaləti təmin etmək məqsədilə müxtəlif yurisdiksiyalardan istifadə edilir.
70 yaşdan yuxarı əhali arasında ölüm halları 5% təşkil edir, yaşı 80-dən çox olanlarınsa hər 10 nəfərindən biri ölür.
Az yaşlı uşaqların virusa yoluxma faizi az olsada, istər yaşılı, istərsə də gənclərin virusuna yoluxma ehtimalı olduqca yüksəkdir. Bunun üçün də sağlamlığınızı riskə atmamalı, vaksin vurdurmalısınız. Çünki vaksin olunması sizin covid 19-a yoluxma riskinizi azaldır.
Oruczadə Ələviyyə
Azərbaycan Dillər Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki