image-img-20210915-wa0077backend

Xətai rayonundakı 235 saylı uşaq bağçasının balacaların bilik sevinci

image-reklam_sirab_01

Sentyabrın 15-də Xətai rayonundakı 235 nömrəli xüsusi təyinatlı körpələr evi- uşaq bağçasında “Bilik gününüz mübarək!” adlı tədbir keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan bağçanın müdiri Vəfa Məmmədova ilk öncə onu vurğulayıb: “Bu gün hər birimiz fəxr edirik ki, qalib ölkənin vətəndaşıyıq. Hamımız bu şərəfli tarixin şahidi olduğumuz, eləcə də uşaqlarımızın bundan sonra sülh, əminamanlıq içində yaşayacaqları üçün çox xoşbəxtik. Bu Zəfərə görə dövlətimizin başçısına və güclü Azərbaycan Ordusuna minnətdarıq”.
Sonra “Bilik günü”nün məzmunu haqqında ətraflı danışan Vəfa Məmmədova qeyd edib ki, yeni tədris ili bağçanın kollektivi tərəfindən böyük ruh yüksəkliyi qarşılanır. Uşaqlar xalqın gələcəyi, hər bir evin sevinci və ümid çırağıdır. Bağçada
yaradılan şərait uşaqların tam şəkildə sağlam həyatını, bilikli və tərbiyəli şəxsiyyət kimi böyüməsini təmin edir. Müəllimlər də işlərini sevə-sevə və həvəslə yerinə yetirirlər. “Bunun nəticəsidir ki , uşaqların müəllimlərə sevgisi məhz bütün kollektivə məxsusdur. Çünki hamı birlikdə yeganə məqsəd uğrunda çalışır və hər bir işdə bir-birinə yaxından kömək edir”, – deyə Vəfa Məmmədova əlavə edib.
Bağçanın müəllimləri Vəfa Yusubova, İradə Məmmədova da çıxış edərək mehriban, səmimi, tələbkar kollektivin əməyi nəticəsində yetişən bilikli, dünyagörüşlü və tərbiyəli fidanlarla uğurlu gələcəyə addımlaya biləcəklərinə əminliklərini ifadə ediblər. Onlar vurğulayıblar ki, fidanların sağlam, firavan yaşaması və təhsilli böyümələri yalnız valideynlərin deyil, həm də dövlətin əsas vəzifələrindən biridir.
Sonda uşaqların ifasında rəngarəng bayram proqramı təqdim olunub. Uşaqlar şeirlər söyləyib, mahnılar oxuyub, rəqs nömrələri nümayiş etdiriblər.
Balaca fidanların təqdim etdikləri ədəbi- bədii kompozisiya alqışlarla qarşılanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki