image-19e687ea-b616-43da-bbae-49005afc104dbackend

Xəzər dənizinin zəngin təbii sərvətləri

image-reklam_sirab_01

Xəzər dənizinin zəngin təbii sərvətləri.

Dünyanın ən böyük gölü olan Xəzər dənizi Avropa və Asiyanın kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır. Suyun səviyyəsi dəyişkəndir, hazırda o okean səviyyəsindən təqribən –28 metr aşağıdır. Xəzər dənizi dünyanın ən böyük su hövzəsidir və dünya göl sularının 44%-ni təşkil edir. Səviyyə tərəddüdündən asılı olaraq (10-20 %) dəyişməyə məruz qalır və orta hesabla 370 min km2 sahəni əhatə edir. Uzunluğu təqribən 1200 km, maksimal eni 466 km, minimum eni isə 204 km-dir. Xəzər dənizinin sahil xəttinin uzunluğu təqribən 6380 km-dir ki, onun da 825 km-i Azərbaycan Respublikasının payına düşür.

Xəzər dənizi böyük həcmdə karbohidrogen ehtiyatlara malikdir. Müxtəlif hesablamalara görə Xəzərdə olan neft ehtiyatları 200 milyard barrelə çatır.[1] Bundan başqa dənizdə böyük həcmdə təbii qaz ehtiyatları var. Xəzərin hidrokarbon ehtiyatlarının çıxarılmasında ətraf dövlətlər və xarici korporasiyalar fəal şəkildə iştirak edirlər. Bu gün Xəzər dənizi dünyada enerji təhlükəsizliyində əsas rol oynayan regionlardan biridir. Xəzərdə hasil olunan enerji resursları həm sahil ölkələrinin, həmdə ətraf regiona daxil olan ölkələrin inkişafında vacib rol oynayır.

Xəzərdə neft çıxarılmasına ilk dəfə onunla həmsərhəd olan ölkələrin torpaqlarında başlanmışdır. Xəzər neftini daşıyan ilk neft kəməri isə 1908-ci ildə tikilmişdir. Bu kəmər ilə Bakı nefti Gürcüstanın Batumi limanına daşınır, oradan isə xarici ölkələrə satılırdı. Lakin 2-ci Dünya Müharibəsindən sonra Xəzərətrafı ölkələrin qurudan çıxardığı neftin miqdarı azalırdı. Qurudakı neft artıq öz erasını başa vurmaqda idi. Mütəxəssislər isə daha çətin və daha bahalı yolla dənizin özündən neft çıxarılmasını təklif etdilər. İlk dəfə Xəzər dənizinin özündən neftin çıxarılmasının layihəsini mühəndislər 1930-cu illərdə hazırlayıb təklif irəli sürmüşdülər. 1948-ci ildə Pirallahı və Neft Daşları sahələrində dənizdə ilk estakadalar qurulmağa başlandı. Xəzər dənizinin özündə ilk neft quyusu 1949-cu ildə açılıb. Neft daşlarında qurulan estakadalar olan ərazidə ilk neftin çıxarılmasına 24 avqust 1949-cu ildə başlandı. Dünyada dənizdən ilk dəfə neftin çıxarılması dünya tarixində əlamətdar hadisə sayılır. 1950-ci ildən sonra dənizdən neft hasilatı kütləvi müstəviyə keçdi. 1953-cü ildən etibarən neft mədənlərin təzyiqi yüksək saxlamaq üçün rezervuarlara su vurulmağa başlandı.

Xəzər dənizinin neft ve qaz ehtiyatları : Xəzər – əhəmiyyətli nəqliyyat yolu və ətraf mühitin və havanın təmizliyində əhəmiyyətli faktor olmaqla yanaşı qiymətli təbii yataqlara malikdir. Xəzərin əsas sərvəti neft və qazdır. 1994-cü ilin sentyabr ayında qərb dövlətlərinin konsernləri ilə bağlanan müqavilə “əsrin müqaviləsi” adlanır. Aparılan tedqiqatlar göstərir ki, Xəzər dünyada böyük neft anbarıdır. Hal–hazırda Azərbaycanda hasil olunan neftin 67 %-i, qazın isə 95 %-i Xəzərdən çıxarılır.  Xəzər nadir və qiymətli balıq növləri ilə də zengindir. Abşeron yarımadasından şərqdə, neftlə zəngin bölgədə dənizin 100 m dərinliyindən metal bünövrələrin üstündə 100-dən çox süni adacıqlar təşkil olunub estakadalar düzəldilmişdir. Estakadaların ümumi uzunluğu 400 km-dən çoxdur. Estakadaların üstündə çoxmərtəbəli yaşayış evləri və ictimai binaları olan “Neft daşları” şəhəri yaradılmışdır.

Xəzər dənizinin bioloji sərvətləri : Xəzər dənizinin fauna və florasının özünəməxsus zənginliyi var. O başqa dəniz və göllərdən seçilir. Xəzərin faunası tipik dəniz faunasından ciddi fərqlənir. Xəzərin sahil zonasında üç qoruq yaradılmışdır: Azərbaycanda Qızılağac, Rusiyada Həştərxan, Türkmənistanda – Xəzər.  Xəzərdə 920-ə yaxın heyvan növü yaşayır. Xəzərdə onurğalıların 79 növü mövcuddur.Bunlardan başqa Xəzərdə 101 balıq növü də mövcuddur. Xəzər dənizinidə, nərə, uzunburun, qaya balığı, ağ qızılbalıq, qızıl balıq, Xəzər siyənəyinin beş növü, dəniz sıfı, ziyad, gülmə, çəki, xəşəm və başqa balıq növləri var.

 

Nəsimi rayon sakini

Hüseynli Billurə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki