image-163048710749147663_1000x669backend

Xəzər rayonunda narkotik vasitə satan şəxs tutulub

image-reklam_sirab_01

Polis əməkdaşları Xəzər rayonunda narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyatları davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Veteninfo.az-a bildirilib ki, rayonun müxtəlif ərazilərində, xüsusən Binə qəsəbəsində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin satışını təşkil edən daha bir nəfər Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində tutulub.

Əməliyyatlar zamanı paytaxt sakini Zaman Əliyev saxlanılaraq istintaqa təqdim olunub. Həmin şəxsin üzərinə və evinə baxış zamanı yüksək təsiredici xassəyə malik 3 kiloqrama yaxın heroin və marixuana, eləcə də metamfetamin, həmçinin iki elektron tərəzi aşkarlanaraq götürülüb. Saxlanılan şəxs izahatında metamfetamin və heroinin istifadəçisi olmaqla yanaşı, satışı ilə də məşğul olduğunu etiraf edib.

Faktla bağlı 3-cü polis bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.image-163048710749147663_1000x669 image-16304871072828455852_1000x669


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki