image-yazi-1604838601backend

Xoşbəxt adamam ki,ata vəsiyyətini yerinə yetirdim.Şuşanı azad etdik!Bu,böyük qələbədir!

image-reklam_sirab_01

Şuşa Azərbaycanın yenilməzlik simvolu,mədəniyyətimizin beşiyidir. Bu gün Şuşa şəhərinin banisi Pənahəli xan da məzarında rahat yatır.8 may da Şuşanı itirsək də,8 noyabr da ali baş komandan prezident İlham Əliyevin dəmir iradəsi və ordumuzun gücü sayəsində geri qaytardıq.Bu gün məhz şəhidlərimizin qanı bahasına 8 may hüzn gününü 8 noyabr zəfər günü əvəz edir .Ümummilli lider Heydər Əliyevin ən böyük arzularından biri də Şuşanı-mədəniyyətimizin paytaxtını azad görmək idi.Yəqin ki,çoxları xatırlayar,Ümummilli lider Heydər Əliyev jurnalistlərə verdiyi bir açıqlamada qeyd edir,” Mənim həll etmədiyim bəzi taleyüklü məsələlər var ki,onları da İlham Əliyev həyata keçirəcək”.O,vəfatından əvvəl öz siyasi məktəbinin layiqli davamçısı İlham Əliyevə torpaqlarımızın düşmən tapdağından azad etməyi vəsiyyət etmişdi.Prezident İlham Əliyev şanslı dövlət başçılarındandır ki,öz sələfinin vəsiyyətini yerinə yetirib.

Qədim mədəni irsə,tarixi abidələrə sahib olan Şuşa şəhəri 30 ilə yaxın işğal dövründə erməni vandaliziminin qurbanı olmuş,bəzi mədəniyyət abidələri saxtakarlıqla özünküləşdirilmiş,mümkün olmayanlar isə dağıdılmışdır.Qarabağın sonuncu xanı İbrahimxanın qızı,xeyriyyəçi Gövhərnisə xanımın vəsaiti hesabına tikilmiş Aşağı Gövhərağa məscidi 1992-ci il 8 may da şuşanın işğalı zamanı minarələri zirehli texnikaların atəş zərbələri nəticəsində dağıdılmışdır. Mədəniyyətimizin görkəmli simalarından olan Bülbülün ev-muzeyi də Şuşa da fəaliyyət göstərirdi.Bülbülün erməni vandalları tərəfindən güllələnmiş heykəli hazırda Milli İncəsənət Muzeyinin həyətinə yerləşdirilib.Xurşidbanu Natəvanın evi,Hacıquluların mülki,Mamayı məscidi,Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi,Saatlı məscidi,Şuşa qalası,Şuşa Musiqi məktəbi,Şuşa Realni məktəbi,Üzeyir Hacıbəyovun ev-muzeyi,Şuşa şəhər tarix muzeyi və s.Tarixi abidələr,mədəni arxitekturalar erməni vandalizimi nəticəsində qismən və yaxud da bütövlükdə məqsədli şəkildə dağıdılmışdır.Prezident İlham Əliyevin sərəncamına əsasən Şuşa şəhərinin ilkin bərpası zamanı dağıdılmış mədəniyyət abidələrinin restavrasiyası nəzərdə tutulub.Həmçinin 2021-ci ildə prezident İlham Əliyevin sərəncamıyla Şuşa şəhəri Azərbaycan mədəniyyətinin paytaxtı elan olunub.Həmçinin 2020-ci ildə inşasına başlanılan şəhərə çəkiləcək yola “Zəfər yolu” adı verilmişdir.
Şuşa şəhəri Azərbaycan tarixində önəmli yer tutur.1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan şəhər feodal ara müharibələri dövründə Əfşarların və Qacarların hücumuna məruz qalsada,alına bilinməmişdir.Şəhər 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdir.İşğal nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür.Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
Mədəni irsimizin incisi olan Şuşa şəhərini azad görmək hər bir azərbaycanlının arzusu idi.Dəmir yumruq və ümumxalq birliyi nəticəsində bu gün işğal altında olan torpaqlarımız azaddır.Ali baş komandan İlham Əliyevin güclü siyasi iradəsi,qazilərimizin və şəhidlərimizin qanı,canı bahasına 30 illik məğlub xalq sindiromunu beynimizdən silib atdıq.Bu gün Ümummilli lider Heydər Əliyevin də ruhu şaddır çünki onun vəsiyyət etdiyi missiyanı prezident İlham Əliyev layiqincə yerinə yetirir.Biz bu Zəfəri bütün gücü və siyasi iradəsiylə hər zaman xalqının yanında olan ali baş komandan İlham Əliyevə, Son damla qanına kimi torpaqlarımızın azadlığı uğurunda vuruşan şəhidlərimizə,sağlamlığları bahasına qəhrəmancasına vuruşub düşmənə göz dağı verən qazilərimizə borcluyuq.Şuşa şəhərinin işğaldan azad olunduğu gün prezident İlham Əliyevin Şəhidlər Xiyabanında etdiyi təhsirli çıxışı zəfər gününün şüarına çevrilmişdir.Əziz Şuşa sən azadsan!Əziz şuşa biz qayıtmışıq!Əziz Şuşa biz səni dirçəldəcəyik!Bu əsr Azərbaycan xalqının tarixində zəfər əsri kimi qalacaqdır.Zəfər dövründə yaşamış hər bir azərbaycanlı tarixin şanslı şəxsləridir.

 

ADU YAP GB Filologiya fakültəsi üzrə sədr Nəcməddin Qulizadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki