image-1backend

YAP Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır

image-reklam_sirab_01

Yeni Azərbaycan Partiyası hazırda ölkəmizdə olan bir çox partiyalar arasında istər siyasi fəaliyyəti baxımdan, istərsə də üzvlərinin sayına görə xüsusi ilə seçilir. Partiyanın yaranması 90-cı illərə təsadüf edir. Həmin dövr ölkəmizin siyasi-iqtisadi həyatında çətin vəziyyətlə yaddaşlarda qalıb. Bütün çətinliklərə baxmayaraq, yaranmış vəziyyəti,nöqsanları,çətinlikləri aradan qaldırmaq üçün insanlarımız birlik olmağa qərar verir. Məhz bunun nəticəsidir ki, 1992–ci il noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu.
Partiyanın yaranması Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdə Ümummilli lider Heydər Əliyev Naxçıvan Ali Məclisinin Sədri idi. 1992-ci ildə 91 nəfər ziyalı ümummilli liderimizə müraciət etdi. Müraciətdə qeyd edilirdi ki, “Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Prezident Heydər Əliyevin ziyalılara göndərdiyi cavab məktubunda Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verdi. Bu Azərbaycanın tarixində xüsusi hadisə idi. Xalq bütün çətinliklərin aradan qalxacağına, ölkəmizdə firavanlığın hökm sürəcəyinə inam və ümid bəsləyirdi. Bu partiyanın yaranması Azərbaycanın siyası həyatında dönüş yaratdı, ölkəmizin siyasi sisteminin bərqərar olunmasında əsas rol oynadı. Partiyanın fəaliyyətinə qarşı olan təzyiqlərə baxmayaraq, üzvlərinin sayı hər gün daha da artırdı. Xalqın inamını, güvənini qazanan Heydər Əliyev partiyanın yaranmasından qısa müddət sonra 1993-cü ildə hakimiyyətə gəldi.
Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi Yeni Azərbaycan Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin əsasını qoydu. Partiya və onun yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həlli istiqamətində öz gücünü səfərbər etdi. Yap dövlətçilik, qanunçuluq, azərbaycançılıq prinsiplərinə əsaslanırdı. Azərbaycan qanunları çərçivəsində,öz nizamnaməsi, proqramı olan siyasi partiyadır.
YAP həmin dövrdə müxalifət partiyası olaraq yaransa da, 1995-ci ildə iqtidar partiyası olaraq fəaliyyətinə davam etdi. Parlament seçkilərində qalib gələn bu partiya daha çox insanların inamını qazandı. Həmin dövrdə hər sahədə mövcud olan bir çox problemlər,hərc-mərclik yavaş-yavaş aradan qalxmağa başladı. Bu da onun nəticəsidir ki, dövlətimizin başında Heydər əliyev kimi lider, şəxsiyyət dururdu.
15 oktyabr 2003-cü ildə İlham Əliyev prezident seçildikdən sonra həm də partiyanın sədr müavini olaraq seçildi. 2005-ci ildə keçirilən YAP-ın III Qurultayında isə Partiyanın sədri seçildi. Bu gün Prezident İlham Əliyev Heydər Əliyevin ictimai-siyasi, iqtisadi fəaliyyətini uğurla davam etdirir.
Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin gələcək fəaliyyətində, məqsədlərinin həyata keçirilməsində əhəmiyyətli yer tutur. 5 mart 2021-ci il tarixində keçirilmiş bu qurultayda YAP-ın yeni Nizamnaməsi qəbul edilir. Yeni Nizamnaməyə əsasən partiyanın 40 nəfərdən ibarət İdarə heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olan YAP-ın Veteranlar Şurası 35 nəfərlik üzvi ilə təsdiq edildi. Bir müddət sonra partiyanın proqramında müəyyən dəyişikliklər edildi, 5 fəsildən ibarət olan proqramda bir sıra prinsiplər əsas götürüldü. Partiyanın inkişafı, uğurları, əsas hədəfləri, siyasi prinsiplər, partiyadaxili münasibətlərin təşkili proqramda əsas məsələlər olaraq qeyd edilmişdir. YAP yarandığı gündən dövlətçilik, Azərbaycançılıq, qanunun aliliyi, müstəqillik prinsiplərinə bu gün də sadiq qalaraq, bu yolda daha uğurlu fəaliyyətlər əldə etməyə səy göstərir.
Bu gün Yeni Azərbaycan Partiyası ölkəmizin ən qüdrətli partiyası kim daha da böyüyür və fəaliyyət istiqamətləri genişlənir. Yeni Azərbaycan Partiyası arasında gənc üzvlər də daha çox üstünlük təşkil edir. Bu da onun nəticəsidir ki, gənclər arasında öz fəaliyyətinə, uğurlarına, hədəflərinə görə inam yaradan, öz sözünü demiş siyasi partiyadır.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki