image-f80fb5d0-d244-4626-b7c2-73dc5fb59874backend

Yasamal Bələdiyyəsi Türkiyəyə humanitar yardım göndərib

image-reklam_sirab_01

Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində zərər çəkmiş insanlara soydaşlarımızın yardım kampaniyası davam edir. Humanitar yardım kampaniyası çərçivəsində bu gün paytaxtın Yasamal bələdiyyəsinə aid yük avtomobili Türkiyəyə yola salınıb.

Yasamal bələdiyyəsnin sədri Tahir Məmmədov bildirib ki, göndərilən ləvazimatlar əsasən isti paltarlar, istilik vasitələri, uzun müddətli saxlanılması mümkün olan qidalar, uşaq yeməkləri, qablaşdırılmış qidalar, tibb və gigiyenik ləvazimatlar və digər zəruri əşyalardır.

Onun sözlərinə görə, humanitar yardım kampaniyasına həm Yasamal rayonun sıravi sakinləri, həm də rayonda fəaliyyət göstərən sahibkarlar və vətəndaş cəmiyyətinin fəalları qoşulub. ”Bir millət, iki dövlət” şüarı ilə Yasamal Bələdiyyəsinin təşəbbüsü ilə toplanan humanitar yardım faciə bölgəsində zərər çəkmiş vətəndaşlara çatdırılacaq.

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki