image-1backend

Yasamalda “Əsrin müqaviləsi”nin imzalanmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

image-reklam_sirab_01

Yasamal rayonu Heydər Əliyev Mərkəzində İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Elnur Allahverdiyev  və ictimaiyyət nümayəndələrinin iştirakl ilə Əsrin müqaviləsi”nin imzalanmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirlər bağlı açıqlamasında millət vəkili Elnur Allahverdiyev bildirib ki,  Ümummilli lider Heydər Əliyevin dəmir iradəsi və tükənməz zəhmətinin məhsulu olan bu transmilli və qlobal hadisə müstəqil Azərbaycanın bütün uğurlarının başlanğıc nöqtəsi idi.

“İqtisadi dirçəlişdən tutmuş hərbi qələbələrimizədək baş verənlər məhz  “Əsrin müqaviləsi”nin bəhrəsi idi. “Əsrin müqaviləsi” Qarabağın, Şərqi Zəngəzurun erməni işğalından azad olunacağının ilk carçısı, inam və ümidlərimizin iqtisadi əsasıdır.”-deyə Elnur Allahverdiyev bildirib.

image-1 image-2 image-3 image-4

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki