Yeləni Kəlağayıları yeni kolleksiyası ilə milli irsimizi müasir dəblə bir araya gətirərək Avropa və Rusiya bazarına çıxır.
Bu xüsusi kolleksiyada Azərbaycanın qədim xalça sənətinin ruhu, əsrlərdən gələn ornamentlər və milli naxışlar kəlağayıların üzərində yenidən həyat tapıb. Kolleksiyanın vizual təqdimatı isə Xpress.az saytının baş redaktoru, sənətşünas Xəyalə Rəis tərəfindən canlandırılıb. Videoçarx süni intellekt texnologiyası ilə hazırlanıb.
Kolleksiyada istifadə olunan naxışlar Azərbaycanın qədim xalça məktəblərindən ilhamlanaraq hazırlanıb, milli motivlər müasir dizayn yanaşması ilə harmonik şəkildə işlənib.
Layihənin əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini beynəlxalq moda platformalarında tanıtmaq, milli irsimizi qlobal auditoriyaya estetik və fərqli üslubda təqdim etməkdir. Avropa və Rusiya bazarına təqdim olunan bu yeni kolleksiya yüksək keyfiyyəti, incə əl işini və milli kimliyi özündə birləşdirir.
Qədim naxışların müasir interpretasiyası
Milli irsin zərif dəb nümunəsinə çevrilməsi
Azərbaycan ruhunu dünyaya daşıyan eksklüziv kolleksiya
Yeləni Kəlağayıları ilə Azərbaycan kəlağayısı artıq yalnız milli geyim elementi deyil, həm də beynəlxalq moda səhnəsində öz sözünü deyən sənət nümunəsidir.
































