image-76-sefeq-ibisovabackend

Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi partiyasıdır

image-reklam_sirab_01

 

 

2005-ci il martın 26-da Yeni Azərbaycan Partiyasının III qurultayında partiyanın sədri seçilən cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi və inkişaf kursunun layiqli davamçısıdır. Bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun ən yüksək zirvəyə çatması, qazandığımız uğurlar, ölkəmizin bütün sahələrdə yüksəlişi məhz bu yolun dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz sübutudur.  2020-ci il sentyabrın 27-dən başlanan  44 günlük Vətən müharibəsində torpaqlarımızın mənfur düşmənlərdən təmizlənməsi, qazandığımız  şanlı qələbə  Müzəffər Ali Baş Komandan İlham Əliyevin bacarıq və qətiyyətinin ən parlaq nümunəsidir.

2021-ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında son dərəcə böyük siyasi hadisə oldu. Qurultayda partiyanın yeni Nizamnaməsi təsdiq olundu, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edildi, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçildi. Qurultaydan sonrakı dövr ərzində YAP-ın qarşısına qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində cənab Prezident İlham Əliyevin rəhbərliyi altında böyük, çoxşaxəli işlər aparıldı.  Bu işlər Azərbaycanın böyük inkişaf yolu keçərək yüksək zirvədə olmasının bariz göstəricisidir.

VII qurultayda Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyev çıxış edərək Azərbaycanın daxili və xarici siyasəti, Qarabağ müharibəsinin başa çatması, qarşıda duran məsələlər və gələcək hədəflərimizlə bağlı çox mühüm məlumatlar verdi. İkinci Qarabağ müharibəsindən danışan İlham Əliyev qeyd etdi ki, biz qonşu dövlətlərlə dostluq münasibətləri qurmaqla daha böyük uğurlar qazandıq.  Bundan sonra Azərbaycan üçün yeni prioritetlər var – dünyanın bütün ölkələri ilə dostluq əlaqələri davam edəcək. Regionda sülhü möhkəmləndirməyin vacibliyindən danışan cənab Prezident Ermənistanın təxribatlardan qaçmasının, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmasının və 10 noyabr sazişinin müddəalarına tam əməl etməsinin vacibliyini qeyd etdi. Azərbaycan Prezidenti 10 noyabr sazişindən danışarkən həm Azərbaycan, həm də Türkiyə üçün böyük əhəmiyyət kəsb edən Zəngəzur dəhlizindən və Ermənistanın bu dəhlizin açılmasına mane olmasından  danışdı. İqtisadi inkişafa nəzər salan partiya sədri iqtisadi inkişaf baxımından, infrastruktur layihələri baxımından inkişaf etmiş ölkələrdən öndə olmağımızın bu sahədəki şəffaflığın nəticəsi olduğunu qeyd etdi.

Qurultayda müzakirə olunan məsələlər, qəbul olunan qərarlar onu deməyə əsas verir ki, dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası bundan sonra da özünün bütün potensialını müasir, zəngin, güclü və qalib Azərbaycanın inkişafına səfərbər edəcək, öz fəaliyyətində daha da parlaq uğurlara imza atacaq.

 

Şəfəq İbişova

Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki