image-reklam-veteninfo
image-img_20230621_085411backend

Yeni Zelandiya daha 18 İran rəsmisinin adını sanksiyalar siyahısına əlavə edib

image-reklam-veteninfo

Yeni Zelandiya hökuməti etirazçılara qarşı təzyiqlərdə əli olan 18 İran rəsmisinə sanksiya tətbiq edib.

Vətəninfo.az xəbər verir ki, bununla da Zelandiyanın sanksiya tətbiq etdiyi İran rəsmilərinin sayı 55 nəfərə çatıb.

Sanksiya siyahısında Tehran şəhər İnqilab Məhkəməsi 15-ci şöbəsinin hakimi Əbulqasım Salavatinin, İnqilab Məhkəməsinin və Ali Məhkəmənin hakimi Məhəmməd Müqəyyisənin, SEPAH-ın Sarullah Qərargahının komandir əvəzi Hüseyn Nejadın adları var.

Habelə, radikal və yarımhərbi “Bəsic” qüvvələrinin Kiber Qərargahının rəisi Müslim Moini, Sistan və Bəluçistan əyalətinin SEPAH komandiri Əhməd Şəfai, habelə Sınandaş (Sənəndəc) şəhəri polis qüvvələrinin komandiri Əlirza Muradinin və digər rəsmilərin adları müşahidə olunur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki