image-375898_res_01backend

Yeni Zelandiyada koronavirusun yeni ştamı aşkarlandı

image-reklam_sirab_01

Yeni Zelandiyanın Səhiyyə Nazirliyi xaricdən gəlmiş bir kişidə koronavirusun yüksək mutasiya səviyyəsinə malik yeni C. 1.2 ştamının aşkarlanması faktını təsdiq edib. TASS xəbər verir ki, bu barədə yerli “The New Zealand Herald” nəşri məlumat yayıb.

Məlumata görə, C. 1.2 ştammına yoluxmuş şəxs ölkəyə gəldikdən dərhal sonra təcridxanaya yerləşdirilib və bununla da virusun yayılmasının qarşısı alınıb.

Alimlərin fikrincə, C. 1.2 ştamı vaksinlərə qarşı daha yüksək dayanıqlılığa malik ola bilər. Ən son araşdırmalara görə, bu virus artıq Konqo, Çin, Yeni Zelandiya, Böyük Britaniya, Portuqaliya, İsveçrə və Mavrikidə qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki