image-8backend

Yevlaxda “Böyük Zəfər Heydər Əliyev ideyalarının təntənəsi idi” mövzusunda tədbir keçirilib  

image-reklam_sirab_01

Yevlaxda Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması münasibəti ilə silsilə tədbirlər davam edir.

Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan növbəti tədbir “Böyük Zəfər Heydər Əliyev ideyalarının təntənəsi idi” mövzusuna həsr olunub. Maraqlı format əsasında təşkil edilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatları Ağalar Vəliyev, İlham Məmmədov, həmçinin əslən Yevlaxdan olan və Respublikanın müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən tanınmış ictimai siyasi xadimlər, incəsənət və mədəniyyət nümayəndələri, eləcə də  rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak etmişlər.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramlarını bildirmişlər. Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanınını ziyarət ediblər

Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş tədbir şəhərdəki “KOB Evi”ndə davam etdirilmişdir. Tədbirdə Dövlət Himni səsləndirildikdən sonra, Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad olunmuşdur.

Sonra “Böyük Zəfər Heydər Əliyev ideyalarının təntənəsi idi” adlı videoçarx nümayiş etdirildi.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev qeyd etmişdir ki, Heydər Əliyev tarixi şəxsiyyət olmaqla bərabər, məhz tarix yaradan şəxsiyyətdir.  Onun yaratdığı tarix 50 milyondan artıq azərbaycanlının qürur mənbəyidir. Heydər Əliyevin bioqrafiyası ilə Azərbaycan tarixi biri-birini tamamlayır, daha doğrusu, onun tərkib hissədir. Ümummilli Lider Heydər Əliyevin doğum günü də tariximizin ən parlaq məqamlarındandır. Bu baxımdan Ulu Öndərin 100 illik yubileyi ilə bağlı tədbirlər silsiləvi və kütləvi xarakter daşıyır. Çünki Azərbaycanda bütün uğurların, nailiyyətlərin müəllifi və banisi məhz Heydər Əliyev olduğundan bu şəxsiyyətə həsr olunan tədbirlər də çoxsaylı, geniş və davamlı olmalıdır.

Anar Tağıyev vurğulamışdır ki, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Ulu Öndərin digər şah əsəri həm də onun yaratdığı misilsiz və alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irsdir, bu məktəbi,bu irsi daha böyük nailiyyətlərlə, yeni dünyanın müasir tələbləri ilə zənginləşdirib, daha da gücləndirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Şəxsiyyətidir. Heydər Əliyevin xaosdan tərəqqiyə yönəltdiyi Azərbaycanı cənab İlham Əliyev tarixinin ən qüdrətli dövrünə çatdırmışdır. Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyasını, enerji kəmərləri layihələrini Prezident İlham Əliyev tam realizə etdirərək, Azərbaycanı dünyanın yeni enerji gücünə, ölkəmizi qlobal nəqliyyat-logistik məkana çevirmişdir.

Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin müəllifi olduğu İnkişafın Azərbaycan modeli, tolerantlıq və multikulturalizmin Azərbaycan nümunəsi, sivilizasiyalararası əməkdaşlığın Azərbaycan platforması, həmçinin ölkəmizin qlobal miyqasda mühüm iqtisadi-siyasi güc kimi qəbul olunması da məhz Ulu Öndərin əsasını qoyduğu siyasətin təntənələridir.

Sonra tədbirdə çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Zahid Xəlil, Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov, Bakı Slavyan Universitetinin prorektoru Ənvər Abbasov, Azərbaycan Dövlət İqtisad Universitetinin, Rus məktəbinin direktoru, iqtisad elmlər namizədi Mənsur Barxudarov, Əməkdar İncəsənət xadimi, AzTV-nin əməkdaşı İlham Rəhimli,  “Azərbaycan” qəzetinin şöbə redaktoru, Vətən müharibəsi veteranı Rəşad Baxşəliyev,  Turizm-menecment Universitetinin rektoru İlham Mədətov Ümummilli Lider Heydər Əliyevin Yevlaxla, yevlaxlılarla bağlı mənalı xatirələrindən  geniş söhbət açaraq, məhz hələ sovet dönəmində Ulu Öndərin təşəbbüsü ilə  çətin və gərgin bir zamanda bütün bölgələrimiz kimi Yevlaxın  böyük inkişaf yolu ilə aqrar-sənaye şəhərinə çevrilməsi faktını diqqətə çatdırmışlar.

image-00 image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki