image-img-20230428-wa0016backend

Yevlaxda “Heydər Əliyev ili” çərçivəsində növbəti tədbir keçirilib

image-reklam_sirab_01

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilmişdir.
Konfransda Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatları İlham Məmmədov, Müşfiq Məmmədli, Nizami Səfərov, Əliabbas Salahzadə, Anatoliy Rafayilov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun idarə və müsəssisələrinin rəhbərləri, şəhid ailələrinin üzvləri, Vətən Müharibəsi iştirakçıları, qazilər, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində yerləşən abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzi ziyarət olunub, dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Yevlax Şəhər Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ulu Öndərin, eləcə də Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Konfransı giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Yevlaxda keçirilən müxtəlif tədbirlər barədə məlumat verib. Bildirib ki, Azərbaycanın dövlətçilik tarixinin çox mühüm mərhələsi dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər öz mənalı və zəngin ömrünü, bütövlükdə, millətinə, xalqına, Vətəninə və dövlətinə həsr etmiş, müqəddəs amallar uğrunda müstəsna fəaliyyət göstərmişdir. Məhz dahi rəhbərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Bu görkəmli şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.
Şəhər rəhbəri diqqətə çatdırib ki, bu gün qürurlu vətəndaşı olduğumuz, nailiyyətləri ilə fəxr etdiyimiz bu dövləti yaradan insan məhz Heydər Əliyevdir. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan bu yüksəlişinə görə ilk növbədə ulu öndərə borclu və minnətdardır. Ulu Öndər Heydər Əliyevin bioqrafiyası dövlətimizin və xalqımızın ən şanlı tarixidir, zəfər salnaməsidir. Yəni, Heydər Əliyevin həyatı dövlətimizin və xalqımızın tarixi ilə uğurlu harmoniya təşkil edir. Heydər Əliyev və Azərbaycan eynidir, Onlar bir-birlərini tamamlayır, biri-birlərini məntiqi yekunlaşdırırlar.
Bildirilib ki, bu gün Ulu Öndərin əsasını qoyduğu uğurlu, məqsədyönlü siyasət nəticəsində ölkə başçısı, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən savaşında 30 illik həsrətə son qoyuldu, Cənab Prezident ATA nəsihətini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyü təmin etdi, Ulu Öndərimizin arzularını həyata keçirdi. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Umummilli Liderimizin bütün arzuları onun layiqli davamçısı, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilib. Artıq Ulu Öndərimizin müqəddəs ruhu şaddır.
Konfransda Milli Məclisin deputatları İlham Məmmədov, Müşfiq Məmmədli, Nizami Səfərov çıxış edərək diqqətə çatdırıblar ki, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Vurğulanıb ki, Ulu Öndərin ölkəmizdə apardığı məqsədyönlü siyasətin mərkəzində dayanan ən əsas məsələlərdən biri də Azərbaycan Respublikası vətəndaşının ictimai-siyasi sabitliyin qorunub saxlandığı bir ölkədə yaşamasının təmin edilməsi olmuşdur. Dahi şəxsiyyət tərəfindən atılan qətiyyətli addımlar və görülən təxirəsalınmaz tədbirlər nəticəsində mühüm uğurlar əldə edilmiş, xalqın siyasi və ictimai asayişinin qorunduğu bir respublikada təhlükəsiz yaşamağı təmin olunmuşdur.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki