image-img-20230213-wa0025backend

Yevlaxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 11-ci ildönümü qeyd edilib

image-reklam_sirab_01

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti gününün 11-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi mayor Samir Qurbanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz ruhu 1 dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin bütün şəxsi heyətini xidmətin yaranmasının 11-ci ildönümü münasibətilə təbrik edərək, bildirdi ki, bu gün doğma Azərbaycanımız hər birimizin gözü qarşısında sürətlə və hərtərəfli inkişaf edir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf dövründə ölkəmizin tərəqqisi və davamlı inkişafı istiqamətində genişmiqyaslı işlər müvəffəqiyyətlə davam etdirilir. Ölkəmizdə aparılan islahatların tərkib hissəsi olaraq Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Ötən 11 ildə istər idarəetmənin təkmilləşdirilməsi, istər qanunvericilik, istərsə də onun tətbiqi ilə bağlı bir sıra ciddi addımlar atılıb. Çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması istiqamətində zəruri tədbirlər görülüb. İcra başçısı qeyd edib ki, 44 günlük Vətən Müharibəsi hərbi çağırışın nə dərəcədə əhəmiyyətli məsələ olduğunu sübuta yetirdi. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və dünyanın ən güclü silahlı birləşmələri sırasında olan müzəffər Ordumuz bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir və bu sahənin inkişafı istiqamətində müntəzəm olaraq lazımı islahatlar aparılır.
Sonra çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi mayor Samir Qurbanov, Yevlax rayon prokuroru Ceyhun Almasov, Yevlax rayon Polis Şöbəsinin rəisi Elnur Mehdiyev, DTX-nın Yevlax rayon Şöbəsinin rəisi İlqar Bağırov, Yevlax rayon Məhkəməsinin sədri Toğrul Əliyev Xidmət əməkdaşlarını təbrik edərək, onlara işlərində uğurlar arzuladılar.

image-img-20230213-wa0026 image-img-20230213-wa0027 image-img-20230213-wa0024 image-img-20230213-wa0025


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki