“İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyi 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə Yevlax şəhərində maarifləndirici tədbir təşkil etmişdir. Tədbir çərçivəsində keçirilən seminarda iştirakçılara İİV/QİÇS, onun yayılma yolları, qorunma üsulları, profilaktik tədbirlər və vaxtında müayinənin əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir.
Seminardan sonra İİV/QİÇS-in profilaktikası, sağlam həyat tərzinin təşviqi və xəstəlik haqqında düzgün məlumatların ictimaiyyətə çatdırılması məqsədilə hazırlanmış informasiya materialları şəhərin müxtəlif ərazilərində sakinlərə paylanılmışdır.
Tədbirin əsas məqsədi cəmiyyətin İİV/QİÇS barədə məlumatlılığını artırmaq, yanlış təsəvvür və stereotiplərin qarşısını almaq, profilaktikaya diqqəti gücləndirmək və hər bir şəxsin sağlamlığın qorunmasında məsuliyyətini təşviq etmək olmuşdur.


























