image-04backend

Yüksək etimad və Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik

image-reklam_sirab_01

Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti vəzifəsinə təyin edilməsi cəmiyyətin mənafeyini özündə ehtiva edən tarixi qərar olmuşdur.
Mehriban xanım Əliyevanın xalqımızın maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətdəki rolu barədə aydın təsəvvür yaradır. O, humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirməklə hamı üçün gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsidir. Yüz il bundan əvvəl Azərbaycan Şərqdə qadınlara seçki hüququ verilən ilk ölkə kimi tarixə düşmüşdür.
Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır. Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun gördüyü işlər, həyata keçirdiyi layihələr doğurdan da olduqca geniş, maraqlı və rəngarəngdir. Fond Azərbaycanda və ölkə hüdudlarından kənarda mükəmməl layihələr həyata keçirir, Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edir. Heydər Əliyev Fondunun icra etdiyi infrastruktur layihələri yüz minlərlə vətəndaşların sosial qayğılarının həlli deməkdir. Fonda üz tutmuş heç bir insanın probleminə, dərdinə biganə qalmayıb. Insanlarla ünsiyyətdə olmağı, onları dinləməyi və eşitməyi, köməyə ehtiyacı olana kömək etməyi, mənəvi dəstək verməyi Mehriban xanım Heydər Əliev Fondunun hər bir əməmkdaşı qarşısında birbaşa vəzifə kimi müəyənləşdirib.
Torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, müharıbədən sonra isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, dünyaya səs salan möhtəşəm “Xarı bülbül” Musiqi Festivalının təşkili Mehriban xanım Əliyevanın xidmətləri sırasında xüsusi yer tutur.
Bu məqamda Birinci Vitse-prezidentin Vətən müharibəsinin ilk günlərində xalqa müraciətindəki duyğusal sözlər yada düşür: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”. Bu müqəddəs dua və arzu 44 gün ərzində reallaşdı. Doğma Qarabağımız Ali Baş Komandanın sarsılmaz iradəsi, Ordumuzun qüdrəti, xalqımızın birliyi və həmrəyliyi sayəsində azadlığına qovuşdu. Bu gün isə azad torpaqlarımızda geniş quruculuq işləri aparılır.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın humanistliyi fevralın 6-da qardaş Türkiyə Cumhuriyyətində baş verən dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasına Azərbaycandan olan kömək və yardımlar kompaniyasına verdiyi töhfə zamanı bir daha özünü göstərdi. Mehriban xanım Əliyevanın göstərişinə əsasən, fevralın 9-da Türkiyəyə Heydər Əliyev Fondunun ilk humanitar yardım təyyarəsi göndərildi. Fondun qardaş ölkəyə ezam olunan əməkdaşları həmin yardım çərçivəsində zəlzələdən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər çatdırdılar. 2 gün sonra isə Türkiyənin zəlzələ bölgəsinə növbəti humanitar yardım təyyarəsi yola düşüb. Budəfəki humanitar yardıma faciədən zərər çəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar daxildir. Yardım kompaniyası davam edir və Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu işlərdə yaxından iştirak edir. Mehriban xanım Əliyeva əsl Azərbaycan xanımı, qayğıkeş insan və ana olduğunu öz əməlləri ilə sübut edir.

Kübra Cabbarova – əməkdar həkim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki