image-44f23727-36a4-377f-92a4-c8d045773022_850backend

Yunanıstan ABŞ-dan F-35 qırıcıları istəyib

image-reklam_sirab_01

Yunanıstan Birləşmiş Ştatlara Amerika F-35 qırıcı-bombardmançılarından bir eskadrilyasının alınması üçün rəsmi müraciətlə məktub göndərib.

Bu barədə “Associated Press” xəbər verib.

Yunanıstanın Baş naziri Kiriakos Miçotakis jurnalistlərə bildirib sonradan Yunanıstanın belə təyyarələrin əlavə partiyası sifariş edəcəyini istisna etməyib.

“Bu prosesin bir hissəsi sorğu məktubunun göndərilməsidir. Biz də bu yaxınlarda məktubu göndərdik”, – o bildirib.

O, müraciətə baxılmasının uzun proses olduğunu və Afinanın hesablamalarına görə, razılaşmadan sonra qırıcıların Yunanıstana 2027-2028-ci illərdən tez çatmayacağını izah edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki