image-5e490ad6-69ae-3367-a533-0401fae279cf_850backend

“Yuventus” Aaron Remzi ilə vidalaşıb

image-reklam_sirab_01

Uels millisinin futbolçusu Aaron Remzi İtaliya “Yuventus”undan ayrılıb.

32 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

2019-cu ildən Turin təmsilçisində çıxış edən təcrübəli oyunçu ötən mövsümü icarə əsasında Şotlandiya “Reyncers”ində keçirib.

Qeyd edək ki, Aaron Remzi daha əvvəl İngiltərənin “Arsenal” və “Nottingem Forest”, həmçinin, ölkəsinin “Kardiff Siti” klubunda çıxış edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki