image-reklam-veteninfo
image-image_750x_64d9bcafcce77backend

Zelenski Rusiyaya xəbərdarlıq etdi

image-reklam-veteninfo

Ukrayna prezidenti Vladimir Zelenski son videomüraciətində bildirib ki, bazar günü təkcə Xerson vilayətində ruslar tərəfindən 17 atışma qeydə alınıb.

“Həmçinin Nikolayev vilayəti, Zaporojye, Donbass, Xarkov vilayətinə hücum olub”, – o, Rusiya ordusunun intensiv hücumlarını nəzərə alaraq qeyd edib.

Vətəninfo.az xəbər verir ki, Zelenski əmin edib ki, Ukrayna ordusu Rusiyanın zərbələrinə cavab verir.

“Elə gün yoxdur ki, rus şərri bizim tam ədalətli cavabımızı almasın”, – deyə o, düşmənin məhv edilmiş canlı qüvvəsini və hərbi texnikasını, həmçinin Krım körpüsünə vaxtaşırı hücumlarını xatırladıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki