image-zengezur-1backend

Zəngəzur dəhlizi üçün Kalininqrad modeli tətbiq oluna bilər?

image-reklam_sirab_01

Tasnim News yazır: “Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində Naxçıvanı Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək yol ilə bağlı mövqeyini bildirib.
O, habelə Kalininqrad modeli haqqında deyib: “Azərbaycan asan keçid yolu istəyir və biz Kalininqrad kimi modelləri nəzərdən keçirməyə hazırıq”.
Ermənistan rəsmiləri Hacıyevin açıqlamalarına hələlik münasibət bildirməsə də, bundan əvvəl Naxçıvanla Azərbaycanın digər bölgələri arasında kommunikasiya marşrutunun yalnız Ermənistanın suverenliyinə zəmanət verilməklə reallaşa biləcəyini deyiblər.
Kalininqrad modeli nədir?
Zəngəzur dəhlizi üçün Kalininqrad modeli 2021-ci ilin əvvəlində siyasət və beynəlxalq hüquq üzrə israilli ekspert Maykl Finkel tərəfindən təklif edilib.
Kalininqrad modeli Rusiyanın bu yola nəzarət etməsinə mane olur
Siyasi şərhçi Zərdüşt Əlizadə deyir: “Azərbaycan Zəngəzur yoluna nəzarət etmək iddiasında deyil və sadəcə Naxçıvana gedən yüklərin nəzarətsiz keçməsini istəyir. Beynəlxalq təcrübədə belə bir nümunə var. Bu, Kalininqrad vilayətini Rusiya ilə birləşdirən dəhlizdir. Rusiya qatarları həmin dəhliz üzərindən Litvadan Kalininqrada maneəsiz keçir və gömrük yaxud sərhədçilər tərəfindən nəzarət olunmur. Bu, Ermənistandan keçən 42 km-lik yola də tətbiq oluna bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki