image-reklam-veteninfo
image-img_1850backend

“Zəngəzurun dünəni, bu günü və sabahı” mövzusunda tədbir keçirldi-Saray 1 saylı Tam Orta Məktəbdə

image-reklam-veteninfo

16 oktyabr 2026-cı il tarixdə Abşeron Saray 1 saylıtam orta məktəbində “Qaçqın və Deportasiya Olunmuşlara Dayaq” ictimai birliyi “Zəngəzurun dünəni, bu günü və sabahı” mövzusunda tədbir keçirdi. Layihə rəhbəri Oktay Sadıqov məktəbliləri  Şərqi və Qərbi Zəngəzura çevrilən Zəngəzurun tarixən həmişə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tərkibində olması, qədim ipək yolu üzərində yerləşməsi, dünya dövlətlərinin Zəngəzura yiyələnmək uğrunda mübarizəsi, ermənilərin Zəngəzurda yerləşdirilməsi, onların törətdikləri soyqırımları, Şərqi Zəngəzurun ermənilər tərəfindən xarabalığa çevirdikləri ərazilərdə Azərbaycan Respublikası prezidenti İ.Əliyevin rəhbərliyi altında aparılan tikinti işləri, Mincivan-Naxçıvan dəmir yolunun açılması, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında irəli sürülən məsələlər və s. haqqında məlumatlandırdı.

Tədbirdə məktəbin direktoru Asif Cümşüdov və layihənin psixoloqu  Zəngəzurun  haqqında təəssüratlarını bölüşdülər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki