1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar Respublika QİÇS-lə Mübarizə Mərkəzi və “AİDS-lə Mübarizə” İctimai Birliyinin birgə həyata keçirdiyi “Zərərdən Ümidə” layihəsinin fəal iştirakçılarının təltif olunması mərasimi keçirilib.
Mərasim zamanı layihənin həyata keçirilməsində fəal iştirak edən və ictimai maarifləndirmə, HİV/QİÇS-in qarşısının alınması istiqamətində fəaliyyət göstərən iştirakçılara təşəkkürnamə və təltifnamələr təqdim olunub.
Tədbirdə HİV infeksiyasının profilaktikası, erkən diaqnostikanın əhəmiyyəti, sağlam həyat tərzinin təşviqi və HİV-lə yaşayan şəxslərə qarşı ayrı-seçkiliyin və stiqmanın aradan qaldırılması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb.
“Zərərdən Ümidə” layihəsi çərçivəsində həyata keçirilən tədbirlərin əsas məqsədi HİV/QİÇS haqqında düzgün məlumatlılığın artırılması, risklərin azaldılması və cəmiyyətdə sağlam və dəstəkləyici münasibətin formalaşdırılmasına töhfə verməkdir.


























