Ötən əsrin 90-cı illərdə Azərbaycanın tarixində təəssüf ki, bir çox faciələr, qanlı hadisələr, tariximizdə yer aldı. Bu hadisələrdən biri də ölkəmizdə, tariximizdə dönüş nöqtəsi yaradan Qanlı Yanvar faciəsidir. 1990-cı il 20 Yanvar Azərbaycan xalqının ən qanlı hadisə, faciə, soyqırımı kimi tariximizə həkk olundu. Lakin, bu faciə nə qədər qanlı soyqırım olsa da, bir o qədər də özündə müstəqillik və azadlıq uğrunda mübarizə, hünər və qəhrəmanlıq, milli oyanış və özünüdərk kimi də qürurlu tariximiz oldu. Qan yaddaşımızda böyük faciə və qəhrəmanlıq, milli kimlik, milli ruh oyanışı olan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün oldu.
Belə ki, 1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı qoşunları qanunsuz olaraq Mixail Qorbaçovun göstərişi ilə Bakı şəhərinə daxil olmuş, nəticədə Bakı şəhərində, bir çox rayonlarda qanlı hadisələr törətmişdi.
Həmin dövrdə bir çox mühüm hadisələr baş vermişdi. Azərbaycan artıq Sovet İttifaqı tərkibindən çıxmaq və müstəqil olmaq istəyirdi. Eyni zamanda burada Ermənilərin Qarabağ iddiası da özünü göstərməyə başladı. Mixail Qorbaçovun rəhbərliyi dövründə Ermənilər daha da ruhlandı və Qarabağ uğrunda mübarizələri geniş vüsət aldı. Onlar hər cür cəhdlə o, torpaqların Ermənistana birləşdirilməsinə və azərbaycanlı əhalinin Qarabağı tərk etməsinə çalışırdılar. Ermənilər buna müxtəlif rayonlarımızada, soyqırımlar, faciələr törətməklə nail olmağa çalışırdılar və nəticədə guya xalqımız bütün bunlardan qorxacaq və geri çəkiləcək. Əslində isə onların gözlədiyi baş vermədi, əksinə, xalqımız bütün bu hiylələrdən qorxmadığını onarla mübarizə apararaq göstərdi.
Belə ki, xalqımızın mübarizəsin müstəqilliyə can atmasını görən, hər zaman erməniləri müdafiə edən Moskva Azərbaycanın mübarizə əzmindən qorxmağa başlamışdır. Bunun nəticəsində Sovet rəhbərliyi SSRİ tarxində ilk dəfə olaraq sovet şəhərinə qoşun yeritdi və qanlı hadisələrə səbəb oldu.
Sovet rəhbərliyi Bakıda Fövqəladə vəziyyət elan edilməsi haqqında fərmana əsasən və müxalifət nümayəndələrinin təşkil etdiyi iğtişaşların qarşısın almaq üçün qoşunların ökəmizin müxtəlif rayonlaına və Bakı şəhərinə daxil olmasına nail oldular. Təbii ki, bütün bunlardan xalqımız xəbərsiz idi. Və gecə ilə Bakıya yeridilən qoşunlar əliyalın, dinc, silahsız, böyük, kiçik, yaşlı, cavan demədən xalqın üzərinə yeridildi. Sovet qoşunları xalqla qəddarcasına davransa da, insanlara qarşı dəhşətli cinayətlər törətsələr də, onlar qorxmur, əksinə müstəqillik, azadlığımız uğrunda mübarizə aparır, geri çəkilmirdilər. Hətta Yanvarın 20-si səhər Bakıda belə bir şayiə yayılmışdı ki, Sovet qoşunlarının işğalı nəticəsində öldürülən dinc sakinləri Xəzər dənizinə tökmək istəyirlər. Odur ki, bunun qarşısını almaq üçün yanvarın 20-si erməni qaçqınların yerləşdiyi gəmi Krasnovodskiyə doğru hərəkət etmək istəyərkən onların qarşısını mülki Azərbaycan gəmiləri kəsir. Bu aksiya təqribən iki saat çəkir. Gəmilər fasiləsiz fit səsləri ilə şəhəri lərzəyə salır. Sonradan bu aksiyada iştirak edən Azərbaycan gəmilərinin heyəti həbs edilir.
Qanlı Yanvar nəticəsində 147 nəfər günahsız insan şəhid olmuş, onlarla sakin yaralanmış, mülki obyektlərə, şəxsi mülklərə, dövlət əmlaklarına ziyan dəymişdir.
Təbii ki, bütün bu hadisələrin törədilməsinin əsas səbəbi Sovet rəhbərliyinin qorxusu idi. Onların qorxusu Azərbaycan xalqının mübarizəsi, azadlığı uğrunda çalışması, sovet rəhbərliyinə tabe olmaq istəməməsi, öz kimliyi, mənliyi, müstəqilliyi uğrunda mübarizəyə başlaması idi. Bu hal artıq çox geniş vüsət almışdı. Bu mübarizəni boğmağa çalışan rəhbərlik xalqa qarşı faciə törətməklə əslində səhv addım atmış olduğunu, ğzünün yarıtmaz siyasət yürütdüyünü sübut etmiş oldu. Bu hadisələrdən sonra demək olar ki, bütün ölkədə azadlıq, müstəqillik ruhu baş qaldırdı.
Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə vidalaşdı. Ölkəmizdə 3 gün matəm elan olundu. Azərbaycanın bütün rayonlarında və Bakıda izdihamlı matəm mitinqləri keçirildi. Matəm mərasimində bir milyondan çox insan iştirak edirdi. Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi.
Bütün bu hadisələrin, faciələrin baş verməsinə səssiz qalmayan tək insan Ulu Öndər Heydər Əliyev olmuşdur. Hadisənin səhəri günü Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, bəyanatla çıxış etmiş və xalqın haqq səsi olmuşdur. Ulu Öndər bəyanatında bu cinayətə səbəb olanları qorxmadan ifşa və tənqid etmişdi. Məhz Heydər Əliyev bu hadisəyə hüquqi-siyasi qiymət verilməsini də diqqətdə saxlamış, səbəbkarların cəzalandırılması üçün fəaliyyət göstərmişdi. Elə bu məqsədlə də, Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990- cı il tarixli qərar qəbul etdi. Belə ki, 1993-cü ildə xalqın səsi ilə hakimiyyətə gələn Heydər Əliyev 20 Yanvar faciəsi günahkarlarının araşdırılması və cəzalarını çəkməsi işinə də diqqət ayırmışdı. 1994-cü ildə yanvarın 5-də Heydər Əliyev 20 Yanavar faciəsinin dördüncü ildönümü ilə bağlı verdiyi fərmanada Milli Məclisə bu faciəyə siyasi-hüquqi qiymət verməsini tövsiyə etdi. 1994-cü il martın 29-da Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Bu qərarda Kommunist rejimin Azərbaycan xalqına qarşı törətmiş olduğu bu faciyə cinayət, hərbi təcavüz kimi qiymətləndirildi. Ulu Öndər Heydər Əliyev 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilməsi ilə bağlı fərman imzaladı.
Təbii ki, Ulu Öndər Heydər Əliyev uğurlu siyasətini davam etdirən Prezident İlham Əliyev şəhid ailələrinə qarşı hər zaman həssaslıqla yanaşmış, şəhidlərin xatirəsinin yaşadılması, onların ailələrinin sosial rifahının yaxşılaşdırılması üçün tədbirlər görmüşdür. Belə ki, 2006-cı il 19 yanvar tarixində “20 Yanvar çəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis eilməsi haqqında” Fərman imzalanmışdır. Fərmana əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Şəhidlər xiyabanında təmir işləri aparılır və Bakının Yasamal rayonu “20 Yanvar” dairəsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə komleksi ucaldılmışdır. Eləcə də 20 Yanvar hadisələrinin 33-cü ildönümü ilə bağlı Prezident şəhid ailələrinin rifahının daha da yaxşılaşdırılması üçün 2006-cı il 19 yanvar fərmanına dəyişikliklər edərək onlara verilən aylıq təqaüdün məbləği artırılmışdır. Əlbəttə ki, öz mübarizəsi, azadlığı, milli kimliyi, ölkəsinin suverenliyi uğrunda mübarizə aparan xalqa qarşı Prezident hər zaman diqqət göstərmiş və qiymətləndirmişdir.
Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru