image-1backend

2025-ci ilin sonuna qədər azərbaycanlılar öz doğma torpaqlarına Zəngəzura qayıdacaq

image-reklam_sirab_01

2025-ci ilin sonuna qədər azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaq.  Bu açıqlamanı  erməni politoloq Tatevik Ayrapetyan verib

Erməni politoloq hesab edir ki, Ermənistan  rəhbərliyi azərbaycanlıların ölkəyə qayıtmalarına hazırlaşır.

Sözsüz bu təkcə erməni politoloqun əndişəsi deyil. Son günlər erməni mediası qorxu içərisindədir. Erməni mediası hesab edir ki, istər Qərb, istərsə Rusiya azərbaycanlıların tezliklə öz yurd-yuvalarına qayıtması üçün çalışır. Ermənilər məhz bu səbədən qorxuya düşüblər. Həmçinin qədim Azərbaycan torpağı olan Zəngəzurun yerli əhali tərəfindən boşaldılması da onları qorxuya salıb. Erməni mediası iddia edir ki, son 5 il ərzində Mehri, Qafan kimi şəhərlərdən on mindən artıq erməni Rusiya və Ermənistanın şəhərlərinə köçüb. Tatevik Ayrapetyan hesab edir ki, ermənilər bu əraziləri boşaltmaqla faktiki olaraq azərbaycanlıların məskunlaşmasına şərait yaradırlar.

“Nikol Paşinyanın göstərişi ilə komanda yoldaşları artıq Qərbi Azərbaycan konsepsiyasının təqdimatına keçiblər. Qulağımıza pıçıldamağa başlayıblar ki, nə vaxtsa azərbaycanlılar qayıdacaqlar, bu normaldır”, – ekspert bildirib.

Ayrapetyanın iddiasına görə, Ermənistan rəhbərliyinin bu siyasəti onun gözlədiyindən də sürətlə həyata keçirilir.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki