image-reklam-veteninfo
image-1backend

Qəzaya görə nəqliyyat naziri istefa verdi

image-reklam-veteninfo

İspaniyanın nəqliyyat naziri Oskar Puente ölkədə 69 nəfərin həyatına son qoyan ağır qatar qəzasından sonra istefa verib. O, həmçinin qarşıdan gələn ümumi seçkilərdə iştirak etməyəcəyini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, Puente istefa qərarını qəza baş verən kimi qəbul etdiyini, lakin hökumətin ilkin tədbirləri əlaqələndirməsi üçün bir müddət vəzifəsində qaldığını bildirib.

Nazir qeyd edib ki, İspaniyada bir ildən az müddət ərzində iki ağır qatar qəzasının baş verməsi onun vəzifəsini davam etdirməsini mümkünsüz edir.

Xatırladaq ki, ötən həftə İspaniyanın mərkəzi Kastiliya-La-Mança bölgəsində iki sürətli qatarın toqquşması nəticəsində 69 nəfər həlak olub. Hadisə Madrid-Sevilya dəmir yolu xəttində baş verib. Məlumata görə, dövlətə məxsus Renfe şirkətinin qatarı hərəkətsiz vəziyyətdə olan digər qatarla toqquşub. Qəzada özəl şirkət tərəfindən idarə olunan İryo qatarı da iştirak edib.

Qəzanın səbəbləri ilə bağlı ilkin məlumatlarda dəmir yolu xəttində siqnal sisteminin nasazlığına diqqət çəkilir. Bildirilir ki, nasazlıqdan sonra Madrid şəhərindəki mərkəzi dispetçer xidməti Renfe qatarına hərəkəti davam etdirməyə icazə verib və bu, toqquşma ilə nəticələnib.

Qeyd edək ki, cari ilin yanvar ayında Əndəlusiya bölgəsində baş verən digər qatar qəzasında da 46 nəfər həyatını itirmişdi.

Son hadisədən sonra Madrid-Sevilya xəttində qatarların hərəkəti məhdudlaşdırılıb. Dəmir yolu təhlükəsizliyi üzrə müvafiq qurumlar xəttin təhlükəsizlik sistemini araşdırır. İspaniya hökuməti isə təhlükəsizliyin gücləndirilməsi məqsədilə yeni texnologiyaların, o cümlədən süni intellekt əsaslı nəzarət sisteminin tətbiqini nəzərdə tutur.

Bundan əlavə, İspaniya hökuməti qəza qurbanlarına və onların ailələrinə ümumilikdə 30 milyon avro məbləğində yardım ayrılacağını açıqlayıb. Hər bir həlak olan şəxsin ailəsinə 72 121 avro birbaşa yardım, eləcə də eyni məbləğdə ilkin kompensasiya ödənilməsi nəzərdə tutulur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki