image-reklam-veteninfo
image-1backend

Türkiyədə dollar 50 lirəni ötdü – Türk lirəsi ucuzlaşmaqda davam edir

image-reklam-veteninfo

Türkiyənin valyuta bazarında ABŞ dollarının məzənnəsi ilk dəfə 50 lirə həddini keçib.

Vətəninfo.az xəbər verir ki, noyabrın 4-də dolların məzənnəsi əvvəlki ticarət gününün bağlanış göstəricisi ilə müqayisədə 0,08 faiz artaraq 50,0223 lirəyə yüksəlib.

Türkiyə vaxtı ilə saat 09:30-a olan məlumata görə, dolların alış məzənnəsi 50,0175 lirə, satış məzənnəsi isə 50,0267 lirə təşkil edib.

Qeyd edək ki, əvvəlki gün dolların məzənnəsi 49,9840 lirə səviyyəsində bağlanmışdı.

İlin əvvəlindən ABŞ dolları türk lirəsinə nisbətdə 16,25 faiz, son 12 ay ərzində isə 19,63 faiz bahalaşıb. Bu göstəricilər Türkiyə milli valyutasının dollar qarşısında dəyər itirməkdə davam etdiyini göstərir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki