image-reklam-veteninfo
image-1backend

İran rəsmisindən Trampa sərt mesaj: “Bu, hələ başlanğıcdır”

image-reklam-veteninfo

İranın Məhkəmə-Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Möhsüni Ejei ABŞ Prezidenti Donald Trampın həm hərbi, həm də siyasi müstəvidə məğlubiyyətə uğradığını iddia edib və Vaşinqtonu yeni uğursuzluqların gözlədiyini bildirib.

Vətəninfo.az xəbər verir ki, Ejei ABŞ-də keçirilən aralıq Konqres seçkilərinin nəticələrini şərh edərkən bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, Trampın qarşıdakı dövrdə daha çox məğlubiyyətlə üzləşəcəyini vurğulayıb.

“Tramp həm müharibədə, həm də siyasətdə məğlub oldu. Şübhəsiz ki, ona daha çox məğlubiyyət yaşadacağıq. Bu, hələ sübhün ilk əlamətləridir”, – deyə İran rəsmisi bildirib.

Ejei paylaşımında noyabrın 4-nün amerikalılar üçün məğlubiyyət günü olduğunu da iddia edib. O, həmçinin Minabda həlak olmuş məktəblilərin və digər qurbanların xatirəsini yad edib.

Qeyd edək ki, İran rəsmisinin açıqlaması Tehran və Vaşinqton arasında davam edən siyasi qarşıdurma fonunda səsləndirilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki