“Barselona”nın gənc hücumçusu Lamine Yamal UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
Vətəninfo.az xəbər verir ki, İspaniya millisinin 19 yaşlı futbolçusu turnirin dördüncü turunda “Aston Villa” ilə qarşılaşmada fərqlənərək Çempionlar Liqasındakı qollarının sayını 14-ə çatdırıb. Bununla da Yamal 20 yaşına qədər turnirdə ən çox qol vuran futbolçu olub.
Əvvəlki rekord 13 qolla “Real Madrid”in fransalı hücumçusu Kilian Mbappeyə məxsus idi.
Qeyd edək ki, “Barselona” sözügedən görüşdə “Aston Villa”nı 3:0 hesabı ilə məğlub edib.


























