image-reklam-veteninfo
image-imagesbackend

SEPAH: Hörmüz boğazında 4 neft tankeri minaya düşərək məhv edilib

image-reklam-veteninfo

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında dörd neft tankerinin dəniz minalarına düşərək məhv edildiyini iddia edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında bildirilib.

Məlumata görə, tankerlər Hörmüz boğazının cənub hissəsində qadağan olunmuş marşrutla hərəkət etməyə cəhd göstərərkən minalara düşüb. Bundan başqa, tranzit məhdudiyyətlərini pozduqları iddiası ilə daha iki gəminin saxlanıldığı açıqlanıb.

Bəyanatda məhv edildiyi iddia olunan tankerlərin və saxlanılan gəmilərin adları, hansı ölkələrin bayrağı altında üzdükləri, eləcə də mülkiyyətçiləri barədə məlumat verilməyib.

SEPAH, həmçinin özünün Aerokosmik Qüvvələrinə məxsus hava hücumundan müdafiə sisteminin səhər saat 04:30-da Hörmüz boğazı üzərində ABŞ-yə məxsus MQ-9 tipli pilotsuz uçuş aparatını vurduğunu bildirib.

Məlumat İranın IRNA dövlət xəbər agentliyi tərəfindən yayımlanıb. Hadisələrlə bağlı qarşı tərəfin açıqlaması və iddiaların müstəqil təsdiqi barədə məlumat verilməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki