image-reklam-veteninfo
image-1backend

İranda nə baş verir?-Kürd liderlər niyə həbs edilir?

image-reklam-veteninfo

İranda kürdlərin yaşadığı bölgələrdə təhlükəsizlik qüvvələrinin əməliyyatları nəticəsində son günlər azı yeddi nəfər həbs edilib. Saxlanılanlar arasında sünni din xadiminin də olduğu bildirilir.

Norveçin insan hüquqları təşkilatı Hengaw-ın yaydığı məlumata görə, həbslər son dörd gün ərzində kürdlərin kompakt yaşadığı Buxan və Üşnəvi şəhərlərində həyata keçirilib.

Vətəninfo.az xəbər verir ki, təşkilat iddia edir ki, əməliyyatlar məhkəmə qərarı və həbs orderi olmadan aparılıb, saxlanılan şəxslərə qarşı isə təhlükəsizlik qüvvələri zorakılıq tətbiq edib.

Həbs olunan şəxslərin hazırda harada saxlanıldığı, eləcə də onlara qarşı hansı ittihamların irəli sürüldüyü barədə İranın rəsmi qurumları tərəfindən məlumat verilməyib.

Hengaw-ın məlumatına əsasən, təkcə 2026-cı ilin oktyabr ayında İranda azı 64 kürd saxlanılıb. Bu rəqəm həmin ay ölkə üzrə qeydə alınan 124 həbslə müqayisədə ümumi göstəricinin yarıdan çoxunu təşkil edir.

İranda həbslərin artması ölkədə yeni etiraz aksiyalarının baş verməsi ehtimalı və kürdlərin yaşadığı ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə eyni vaxta təsadüf edir.

Hüquq müdafiə təşkilatları bölgədə insan hüquqlarının vəziyyətindən narahatlıq ifadə edir və saxlanılan şəxslərin hüquqi vəziyyəti barədə şəffaf məlumat verilməsini tələb edirlər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki