Türkiyənin “Qalatasaray” klubu qış transfer pəncərəsində heyətini gücləndirmək üçün İtaliyanın “Fiorentina” komandasında çıxış edən Krist İnao Oulaiyə 22 milyon avroluq təklif hazırlayır.
Vətəninfo.az xəbər verir ki, bu barədə İtaliyanın “Tuttomercatoweb” nəşri məlumat yayıb.
Məlumata görə, İstanbul təmsilçisinin prezidenti Dursun Özbek və klub rəhbərliyi mövsümün ikinci yarısında yarımmüdafiə xəttini gücləndirməyi prioritet hesab edir. Baş məşqçi Okan Burukun sərəncamında olan yarımmüdafiəçilərin çıxışından gözlənilən nəticənin əldə olunmaması rəhbərliyi yeni transfer axtarışına sövq edib.
Bildirilir ki, “Qalatasaray” daha əvvəl “Trabzonspor”da çıxış etmiş 20 yaşlı Fil Dişi Sahili futbolçusu Krist İnao Oulainin vəziyyətini yaxından izləyir. Klub rəhbərliyi gənc yarımmüdafiəçini yenidən Türkiyə çempionatına qaytarmaq niyyətindədir.
Oulai cari mövsümdə “Fiorentina”nın keçirdiyi 12 rəsmi oyunun dördündə iştirak etməyib, digər qarşılaşmalarda isə əsasən az oyun vaxtı alıb.
Bununla belə, “Fiorentina” rəhbərliyinin futbolçunu satmağa tələsmədiyi bildirilir. İtaliya klubu Oulainin potensialından və məşq prosesindəki göstəricilərindən razıdır. Qeyd olunur ki, Florensiya təmsilçisi gənc futbolçunu “Trabzonspor”dan bonuslarla birlikdə 30 milyon avrodan artıq məbləğə transfer edib.


























