image-reklam-veteninfo
image-1backend

İrandan qanunsuz keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

image-reklam-veteninfo

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Vətəninfo.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 4 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki