ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı hərbi zərbə planı hazırlayıb. Əməliyyatın çərşənbə günü həyata keçirilməsi mümkündür.
Vətəninfo.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, mümkün hərbi əməliyyat ABŞ Konqresinə keçiriləcək ara seçkilərdən sonra başlaya bilər. Səsvermənin çərşənbə axşamı keçirilməsi nəzərdə tutulur.
Məlumata əsasən, ABŞ Prezidenti Donald Trampın administrasiyasında İranla bağlı fərqli yanaşmalar mövcuddur. Yüksək vəzifəli şəxslərin bir qismi Vaşinqtonu Hörmüz boğazının bağlanmasına və iqtisadi təzyiqlərin artırılmasına diqqət yetirməyə çağırır. Onların fikrincə, bu addımlar İran hakimiyyətinin zəifləməsinə səbəb ola bilər.
Administrasiyanın digər nümayəndələri isə İran hakimiyyətinə təsir göstərmək üçün hərbi əməliyyatların zəruri olduğunu düşünürlər.
Beləliklə, Vaşinqtonda Tehranla bağlı növbəti addımların hansı istiqamətdə olacağı müzakirə edilir.


























