image-1backend

ABŞ dövlət katibinin səfəri xoş qarşılanmadı: “Türkiyədən get!”

image-reklam_sirab_01

Türkiyədə Ana Vətən Partiyası ABŞ dövlət katibi Antoni Blinkenin ölkəyə səfərinə etiraz olaraq aksiya keçirməyi planlaşdırır.

Vətəninfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, verilən mesajda dövlət rəsmisinin ünvanına kəskin ifadələr ifadələr işlədilib.

“Dünyanın ən böyük terror dövləti, ABŞ-ın nümayəndəsi Blinken, Türkiyədən get!” – mesajda qeyd olunub.

Bildirilib ki, aksiya İstanbulda Üsküdar meydanında saat 14:00-da baş tutacaq.

Xatırladaq ki, Blinken İsveç Xarici İşlər Nazirliyinin rəhbəri Tobias Billström ilə telefon danışığını təsdiqləyib. Dövlət Departamentinin rəhbəri həmçinin İsveçin Şimali Atlantika Alyansına ABŞ-ın qoşulması ilə bağlı sənədlərin ratifikasiyasına dəstəyini təsdiqləyib və vurğulayıb ki, ölkənin NATO-ya daxil olması bütün müttəfiqlərin xeyrinə ola bilər.publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki